İqtisadiyyat

DSMF-nun saytında hər kəs öz gələcək təqaüdü ilə tanış ola bilər

29-01-2011 | 14:24        

  

Dövlət Sosial Müdafə Fondunda daha bir layihə yekunlaşmaq üzrədir. Layihəyə əsasən son beş ilin  pensiya kapitalı və siğorta stajı haqqında məlumatlar  fərdi şəxsi hesablarda əks olunaraq, DSMF-nun rəsmi  saytında yerləşdiriləcək.

2006-2009-cu illərə dair sosial siğorta məlumatlarını vətəndaşlar fevral ayında fondun rəsmi saytından ala bilərlər. 2010-cu ilə aid məlumatların toplanmasına artıq yanvar ayından başlanılıb və bu proses fevral ayı ərzində davam edəcək. Əldə olunan məlumatlar mart  ayında rayon şöbələri tərəfindən yoxlamalardan keçiriləcək. Aprel ayında isə toplanmış məlumatlar DSMF-nin mərkəzi aparatınada cəmlənəcək. May   ayında aparılacaq komisya yoxlamalarından sonra məlumatlar DSMF-nun saytında hər bir sosial sığorta olunanın fərdi şəxsi hesabında əks olunacaq.

DSMF-nin saytında pensiya hesablayıcısı da mövcuddur. Burada  ödənilən sosial sığorta haqları isə illər üzrə yerləşdirilib.  Vətəndaşlar bura  daxil olmaqla 2006-ci ilə kimi olan əmək faaliyətinin illərini və 2006-ci ildən sonra ödədiyi sosial siğorta haqqını yazıb, pensiyanın məbləğini hesablaya bilərlər.  “Vətəndaşlar DSMF-nin saytına girib qeydiyyata düşdükdən sonra parol əldə edə bilərlər. Əldə edilən parolla sosyal siğorta nömrəsini göstərib öz fərdi şəxsi hesabına nəzər sala bilər. Şəxs öz hesabında pensiya kapitalı və siğorta stajı barədə məlumatla yaxından tanış ola biləcək”.

DSMF-da  2006-ci ildən  siğorta olunan hər bir vətəndaş üçün 13 rəqəmli fərdi şəxsi hesab açılıb. Bu illər ərzində isə 1 milyon 800 mindən çox siğorta olunan vətəndaş fərdi uçot sistemində qeydiyyata alınıb.