Cəmiyyət

20 Yanvar faciəsi ABŞ-ın diqqət mərkəzində

29-01-2011 | 14:21        

  

 

Qanlı Yanvar hadisələrinin 21-ci ildönümü ilə bağlı daha bir ABŞ konqresmeni bəyanatla çıxış edib. Konqresmen Bakıda törədilən hadisələri kəskin şəkildə pisləyib. Los-Ancelesdə isə faciəyə qurbanlarının xatirəsinə həsr olunan eksponatların nümayişi olub.

 ABŞ-ın “Human Rights Watch” təşkilatı Bakıya təcavüz zamanı tibbi heyət, təcili yardım maşınları və hətta xəstəxanalara edilən hücumları pisləyib. Bu barədə məlumat verən Nümayəndələr Palatasında Azərbaycanla bağlı işçi qrupunun üzvü, Nyu-York ştatının Konqresdəki təmsilçisi Edolfus Tauns bəyan edib ki, bu gün Azərbaycan çiçəklənən bir dövlətə çevrilərək bölgədə enerji təhlükəsizliyinin möhkəmlənməsində, terrorizm və ekstremizmin qarşısının alınmasının təmin edilməsində Birləşmiş Ştatların vacib tərəfdaşıdır. Dostluğa görə minnətdarlığımı bildirən işçi qrupunun üzvi Azərbaycanın gələcəyi uğrunda həyatlarını qurban verənlərin ailələrinə başsağlığını və dualarını çatdırıb. Bu arada Los-Ancelesdəki Vende muzeyində 1990-cı il yanvarın 20-də Bakıda baş verən hadisələr müzakirə edilib. Soyuq müharibə” tarixinə həsr edilən muzey kolleksiyası və arxivi sosializm realizmi üslubunda incəsənət eksponatlarından ibarətdir. Diskussiyanın aparıcısı, muzeyin direktoru Castin Campol tədbir iştirakçılarına qanlı 20 yanvar hadisənin tarixi, SSRİ-nin mövcudluğunun son illərində baş verən siyasi proseslər barədə məlumatlar verib və sovet dövrü tarixini öyrənməyin vacib olduğunu xatırladıb. Bildirib ki. qəhrəmanlıq səhifəsi olan həmin gün bütün dünya, xalqımızın qəhrəmanlığın, azadlıq ugrunda mübarizliyinin və sarsılmazlığının şahidi olub.