Bölgələr

Nabran-Yalama zonasının qazlaşdırılması turizmin inkişafına da imkan yaradıb

25-01-2019 | 17:20        

  

Dövlət başçısının göstərişinə uyğun olaraq ötən il ölkə üzrə qazlaşma səviyyəsi 95 faizə çatdırılıb. Qazlaşan yaşayış məntəqləri arasında Xaçmazın Nabran-Yalama turizm zonasında yerləşən kəndlər də var. Hazırda həmin kəndlərdə 2 mindən çox abonent təbii qazdan istifadə edir. Turizim zonasının qazla təchiz edilməsinin nəticəsi olaraq bura qışda istirahətə gələn turistlərin də sayı artıb.

Artıq bir ilə yaxındır ki, Nabran istirahət zonasının Seyidlikəndyeri kəndi təbii qazla təmin olunub. İndi sakinləri qışın soyuğu qorxutmur. Daha odun tədarükünə, istiliklə təminat üçün müxtəlif vasitələr axtarmağa ehtiyac qalmayıb. Kənd sakinlərinin sevincinin səbəbi də məhz bununla əlaqədardır.

Ümumilikdə ötən il Şimal bölgəsindəki 5 rayonda 25 yaşayış məntəqəsi təbii qazla təmin olunub. Nəticədə bölgə üzrə 3 min 614 abonent mavi yanacaqdan istifadə etməyə başlayıb. Bölgənin təbii qazla təchizi burada qış turizminin inkişafını şərtləndirib.

Bu il şimal rayonlarında daha 19 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulub. Xaçmazda 9, Qubada 4, Qusar və Şabran rayonlarının hər birində isə 3 kənd “mavi yanacaq”la təmin olunacaq. Hazırda həmin yaşayış məntəqələrinin qazlaşdırlması üçün layihələndirmə işləri görülür. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR