Bölgələr

Üzüm bağlarına qulluq edilir

24-01-2019 | 16:35        

  

Azərbaycanın əsas üzümçülük rayonlarından biri olan Samuxda kənd təsərrüfatının bu ənənəvi sahəsi yenidən inkişaf etdirilir. Ötən il rayonda 10 min tona qədər üzüm toplanıb. Bu il isə üzüm bağları genişləndirərək 1055 hektara çatdırılıb.

Samuxda üzümçülük kənd təsərüfatının ənənəvi, həm də gəlirli sahələrindən biridir. Buna görə də rayonda üzüm bağları ildən-ilə genişləndirilir. Sahələrə Fransa və Gürcüstandan gətirilən kaberne, şardane, merlot və rekesteli kimi məhsuldar texniki üzüm tingləri əkilir.

Hazırda üzüm bağlarında aqrotexniki işlər davam etdirilir. Artıq quru budama prosesi başa çatdırılıb, bağlara üzvi və meneral gübrələr verilib. Bundan sonra bağlar suvarılacaq. Rayonun təcrübəli üzümçülərindən olan Xosrov İsmayılovun 80 ha üzüm bağı var. Ötən il bol məhsul toplayan fermer bu il də məhsuldarlığın yüksək olacağına əmindir.

Ötən il samuxlu üzümçülər bağlardan 10 min tona qədər məhsul yığıblar. Hər hektarın məhsuldarlığı 100 sentnerdən çox olub. Bu il Samuxda məhsuldarlığın təxminən 120 sentner təşkil edəcəyi gözlənilir. Qeyd edək ki, rayon üzrə becərilən texniki üzüm sortları əsasən Gəncənin şərab istehsalı müəssisəsinə təhvil verilir. Süfrə sortları olan “Təbriz” və “Kardinal” isə daxili bazarın təlabatını ödəməklə yanaşı, Rusiya bazarlarına da çıxarılır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR