Bölgələr

Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb

24-01-2019 | 12:33        

  

Ölkə başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, yol infrastrukturu yenidən qurulur. Bu çərçivədə Qazax rayonunda uzunluğu 16 km olan Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.

Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu uzun müddət istismar edildiyindən  hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi, asfalt-beton örtüklü hissələrdə xeyli sayda torlar və çalalar yaranmışdı. Yerli əhəmiyyətli Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu iki  hissə üzrə yenidən qurulur. Bu, Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 482-ci km-dən ayrılan və 11,5 km uzunluğa malik Daşsalahlı yolu, həmçinin yerli əhəmiyyətli Qazax -Yuxarı Əskipara avtomobil yolunun 11 kmdən ayrılan və 4,5 km uzunluğundakı Ürkməzli-Dəmirçilər yoludur. Layihəyə uyğun olaraq, sözügedən yolun Ürkməzli-Dəmirçilər hissəsində təmir-tikinti işləri artıq yekunlaşıb. Burda mövcud  örtük sökülərək kənara daşınıb, yolun deformasiyaya uğrayan hisələri qazılaraq çıxarılıb, təqribən 12 min kubmetr həcmdə karxana qruntu ilə əks-dolğu işləri görülüb. 

Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun 11,5 km-lik Daşsalahlı hissəsinin yenidən qurulması işləri isə davam etdirilir. Anoloji işlər burda da aparılır. Belə ki, mövcud asfalt-beton örtüyü sökülərək kənara daşınır, yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılıb. Yol əsası hazır olan hissələrin isə artıq asfaltlanması işlərinə də başlanılıb. Layihənin sonuncu mərhələsində 5 yerdə avtobus dayanacağı qoyulacaq. 16 km uzunluğa malik Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu mövcud tikinti norma və qaydalarına uyğun şəkildə yenidən qurulur. Bunun üçün əraziyə lazımi sayda işçi  qüvvəsi  və texnika cəlb olunub.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR