Siyasət

AMEA-da 2018-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan iclas keçirilib

23-01-2019 | 13:16        

  

Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 2018-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan növbəti iclası keçirilib. Akademiyanın prezidenti Akif Əlizadə bildirib ki, hesabat ilində 13 problemi əhatə edən 54 mövzu üzrə tədqiqatlar aparılıb. 459 məqalə, 134 tezis nəşr edilib. Bunlardan 69 məqalə “İmpakt faktorlu” jurnallarda işıq üzü görüb. 2018-ci ildə bölmənin alimləri tərəfindən hazırlanan 12 monoqrafiya, 13 atlas və 9 dərs vəsaiti nəşr olunub. Bundan başqa “Aralıq dənizi və Xəzər Regionunun kinematika və dinamikası” meqalayihəsi çərçivəsində tədqiqatlar davam etdirilir. Bu layihə çərçivəsində Azərbaycan ərazisində daimi işləyən 10 GPS stansiyası yerləşdirilib və Azərbaycan şəbəkəsi NASA bazasına daxil edilib.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.02.2019) :
Azbuludlu Gecə : +3+5 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR