Bölgələr

Quba rayonunda yol infrastrukturu yenilənir

23-01-2019 | 12:45        

  

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində həyata keçirilən layihələrin hesabına Quba da müasir şəhərə və turizm mərkəzlərindən birinə çevrilib. Ötən hər il əhalinin rifah halının daha da yaxşılaşdırılmasına xidmət edən infrastruktur layihələrinin həyata keçirilməsi ilə müşayiət olunur. 2018-ci ildə rayonun bir sıra yaşayış məntəqələrinə müasir standartlara cavab verən yollar çəkilib. Hacıqayıb-Əhmədoba-Hacıhüseynli-Qımılpaşa-Alekseyevka-Gənclər qəsəbəsi

avtomobil yolunun yenidən qurulması da 8 min nəfərə yaxın əhalinin rahat gediş-gəlişini təmin edib.

Hacıqayıb-Əhmədoba-Hacıhüseynli-Qımılpaşa-Alekseyevka-Gənclər qəsəbəsi avtomobil yolu 11 yaşayış məntəqəsindən keçir. Yolun yenidən qurulması 8 min əhalinin həyatına rahatlıq gətirib. Bunün üçün yolboyu torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə çınqıl materialı ilə yeni yol yatağı tikilib və asfaltlanıb. Nəticədə yolla bağlı uzun illərin çətinliyi arxada qalıb.

Başlanğıcını respublika əhəmiyyətli Quba-Xaçmaz avtomobil yolunun 13-cü kilometrindən götürən və 17 kilometr uzunluğu olan Hacıqayıb-Əhmədoba-Hacıhüseynli-Qımılpaşa-Alekseyevka-Gənclər qəsəbəsi avtomobil yolu bu kəndlərdəki məktəblərdə oxuyan şagirdlərin və müəllimlərin də işini asanlaşdırıb. Xüsusən payız-qış aylarında onların məktəbə gedib-gəlmələri çox çətin olurdu. İndi yol üstündə dayanacaqlar tikilib, marşrut avtobusları işləyir. Bu yol həm də Qubanın turuzm potensialından daha geniş istifadə etmək imkanı yaradır. Eyni zamanda kənd təsərrüfatının inkişafına təkan verir.

Ötən il Qubada 11 yaşayış məntəqəsini əhatə edən İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolu da IV texniki dərəcəyə uyğun yenidən qurulub. Uzunluğu 33 kilometr olan yolun tikintisi sərnişin və yük daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək, əhalinin sosial rifahına birbaşa təsir göstərəcək, kənd təsərrüfatı məhsullarının rahat və tez daşınmasına şərait yaradacaq. Bundan əlavə, hazırda Quba-Qonaqkənd və Quba-Susay-Xınalıq avtomobil yolları da yenidən qurulur. 55 kilometr uzunluğu olan bu yolun tikilməsi təxminən 5 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini, həmçinin Quba şəhərini Xınalıq kəndi ilə birləşdirərək sərnişin və yük daşınmasını xeyli yaxşılaşdıracaq.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.02.2019) :
Azbuludlu Gecə : +3+5 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR