Cəmiyyət

Magistraturaya qəbul imtahanı bu il də iki mərhələdə keçiriləcək

23-01-2019 | 10:51        

  

Magistraturaya qəbul imtahanı bu il də iki mərhələdə keçiriləcək. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatika üzrə bilik səviyyəsi test üsulu ilə yoxlanılacaq. Test bloklarında həm qapalı, həm də açıq formalı test tapşırıqlarından istifadə olunacaq. Hər bir xarici dil üzrə test blokuna ilk dəfə olaraq dinləyib-anlama üzrə bir audiomətn əsasında qapalı formalı 5 test tapşırığı da daxil ediləcək. Müsabiqə şərtini ödəyən bakalavrlar ikinci mərhələdə iştirak hüququ qazanacaqlar. Həmin mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri qapalı və açıq formalı test tapşırıqlarının cavablandırılması, bəzi proqramlar üzrə isə yazı işlərinin yerinə yetirilməsi və ya qabiliyyət imtahanı vasitəsi ilə yoxlanılacaq. Müsabiqə və yerləşdirmə bakalavrların topladıqları ümumi ballar əsasında aparılacaq.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.02.2019) :
Azbuludlu Gecə : +3+5 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR