Cəmiyyət

Ötən il Azərbaycana 196 ölkədən 2 milyon 850 minə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

23-01-2019 | 10:49        

  

Ötən il Azərbaycana 196 ölkədən 2 milyon 850 minə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu isə əvvəlki illə müqayisədə 5,7 faiz çoxdur. Gələnlərin 30,9 faizi Rusiyanın payına düşür. Digər yerləri isə Gürcüstan, Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı da daxil olmaqla müxtəlif ölkələr tutur. Ötən il Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilib. Ümumilikdə, Körfəz ölkələrindən 554 min nəfər gəlib. Azərbaycana gələnlərin demək olar ki, hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olub.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.02.2019) :
Azbuludlu Gecə : +3+5 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR