Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

23-01-2019 | 10:44        

  

Parlament sərbəst toplaşmaq hüququ ilə bağlı yeni qanun layihəsi hazırlayır

Fransada “Sarı gödəkçəlilər” hərəkatının etiraz asiyaları müntəzəm xarakter aldığı bir dövrdə parlament yeni qanun layihəsi hazırlayır. BFM TV-nin xəbərinə görə, Milli Assambleya yanvarın 29-da kütləvi aksiyalarla bağlı yeni qanun layihəsini müzazkirəyə çıxaracaq. Bu sənədə ən birinci münasibəti daxili işlər naziri Kristof Kastaner bildirib. Nazirin fikrincə qanun etirazçılara deyil, ictimai əmlaka ziyan vuranlara qarşıdır. Layihədə etiraz aksiyaları zamanı icazə verilmiş marşrutdan kənara çıxanların və ziyanverici hərəkət törədənlərin siyahısının tərtib edilməsi nəzərdə tutulur. Bu kateqoriyadan olan şəxslər barədə məlumat güc strukturlarına paylanacaq və onların sərbəst toplaşma hüququ məhdudlaşdırılacaq. Ölkədə polis zorakılığı məsələsi də ciddi müzakirə mövzusudur. Fransa mediasının xəbərinə “Sarı gödəkçəlilər” hərəkatı başlayandan indiyədək polis zorakılığı nəticəsində 17 nəfər görmə qabiliyyətini itirib.

Avropada antisemit əhval-ruhiyyə artıb

Avropada vətəndaşların yarısı “antismeitizmin” ölkələrində əsl problemə çevrildiyi fikrindədir. Bu qənaətə “Avropa Qonşuluğu Barometri”nin sosioloqları keçirdikləri rəy sorğusunun nəticələrinə əsasən gəliblər. Sorğu Avropa İttifaqına üzv 28 ölkədə keçirilib. Orta hesabla Avropa İttifaqı əhalisinin 30%-i son 5 ildə antisemit əhval-ruhiyyənin artdığını hesab edir. Lakin, böyük yəhudi icması olan ölkələr, o cümlədən İsveç, Almaniya, Niderland, Fransa və Danimarkada bu faiz həddindən artıq yüksəkdir.  Qeyd edək ki, bu ilin dekabrında keçirilən Avropa İttifaqı sammitində 28 ölkənin liderləri antimetizmlə mübarizə üçün bəyannamə qəbul ediblər. Liderlər regionda antimsemit əhval-ruhiyyənin artdığını etiraf edərək Avropa Komissiyasının məsələ ilə bağlı xüsusi işçi qrup yaradacağını bildiriblər.

Güclü qar və soyuq hava həyatı iflic edib

Fransada qar ciddi problemlər yaradıb. “Figaro”nun xəbərinə görə, hava şəraitinə görə ölkənin əksər ərazilərində yollarında hərəkət məhdudlaşdırılıb. Parisin mərkəzində yalnız minik avtomobillərinin hərəkəıtinə icazə verilir. Avtobusların  xəttə məhdud sayda buraxılması sərnişinlərin işini çətinləşdirib. Şose yollarında sürət limiti aşağı salınıb, ötmə əməliyyatları qadağan edilib. Ölkə əhəmiyyətli RN 118 yolu buz bağladığı üçün minədək avtomobil yolda qalıb. 20 departamentdə narıncı həyəcan elan olunub. Ölkə üzrə kəskin soyuqlar proqnozlaşdırılır. Dağlarda qar uçqunu təhlükəsinə görə qış turizmi mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb.

Qonşu Belçikada da qışın ən güclü qarı yağıb. Krallığın Meterorologiya İnstitutunun xəbərinə görə, ölkənin istisnasız olaraq bütün zonalarına qar yağıb. Bəzi ərazilərdə qarın qalınlığı 20 santimetri keçib. Ən soyuq hava Valonya regionunda qeydə alınıb, yollar buz bağlayıb. Bu ərazidə sürücülərə zərurət olmadığlı təqdirdə yola çıxmamaq tövsiyə edilib. Soyuq havanın həftə sonunadək davam edəcəyi bildirilir.

Tasmaniyada meşə yanğını 550 min hektar sahəni məhv edib

Avstraliyanın Tasmaniya ştatında güclü meşə yanğını tüğyan edir. Dekabrın sonundan baş qaldıran alov artıq 550 min hektar meşə sahəsini məhv edib. Təbii fəlakət nəticəsində bir neçə yaşayış evinin külə döndüyü bildirilir. Havanın temperaturunun yüksək olması və güclü külək yanğının əhatə dairəsinin genişlənməsinə səbəb olur. Fəlakət zonasına çox sayda yanğınsöndürmə briqadası və helikopterlər cəlb edilib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.02.2019) :
Azbuludlu Gecə : +3+5 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR