Siyasət

Milli Məclisin Sosial Siyasət Komitəsi “Uşaqların xilası” beynəlxalq təşkilatı ilə birgə ictimai müzakirə keçirib

18-11-2011 | 18:04        

  

Milli Məclisin sosial siyasət komitəsi Avropa İttifaqının maliyyələşdirdiyi “Uşaqların xilası” beynəlxalq təşkilatla birgə “Milli Qanunvericilikdə Uşaq Hüquqları: reallıqlar və perspektivlər” mövzusunda ictimai müzakirə keçirib.

Müzakirənin keçirilməsində məqsəd qanunvericiliyin ekspertizası və təkmilləşdirilməsi ilə bərabər uşaq və gənclərin hüquqlarının müdafiəsinə, sosial-iqtisadi inkişafına yönəlmiş hüquqşünas və mütəxəssilərin təhlillərini müzakirə etmək, qanunlarda, müvafiq normativ hüquqi sənədlərdəki boşluqların aradan qaldırlması ilə bağlı konkret təkliflər irəli sürmək idi. Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli uşaq hüquqlarının müdafiəsinin təminatı sahəsində mövcud qanunvericilikdən danışaraq deyib ki, hazırda daha bir neçə sənəd, o cümlədən “Gənc ailənin sosial  müdafiəsi”, “Ailə həkimi” haqqında qanun layihələri hazırlanır. Dünyadakı uşaq və gənclərin evsizlik, aclıq və digər ciddi problemlərdən əziyyət çəkdiyindən danışan “Uşaqların Xilası” Beynəlxalq Təşkilatın Azərbaycan və Gürcüstan üzrə Ölkə direktoru Lesli Vilson isə bildirib ki, bu istiqamətdə Azərbaycanda yaşayan uşaq və gənclərin bəxti gətirib. Çünki Azərbaycan parlamenti və hökuməti uşaq və gənclərin hüquqlarının müdafiəsi, onların sosial təminatı, yaxşı yaşayışı sahəsində mühüm işlər görür. Milli Məclisin sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı təqdim etdiyi “Uşaqların hüquqlarına yeni baxış” məruzəsində bu sahədə reallıqlar və perspektivlərdən danışıb. Uşaq evlərinin sakinlərinin sosial təminatı, qayğı ilə əhatələnməsi üçün hökumətin gördüyü işlərlə yanaşı Heydər Əliyev Fondunun reallaşdırdığı iri layihələri qeyd edib. YUNİSEF-in  Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard da ölkəmizdə uşaqların hərtərəfli müdafiəsi üçün görülən böyük işlərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Yuvenal ədliyyənin yaradılması ilə də bağlı Azərbaycanda dəyərli addımlar atılır və bu prosesin başa çatdırılması məqsəduyğundur. Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Azərbaycada uşaq və gənclərə diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən bir olduğunu deyib. Görülən işlərdən danışarkən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramının icrası ilə bağlı əlaqələndirmə şurasısının yaradıldığını söyləyib. Çıxış edənlər bildiriblər ki, bu müzakirə uşaqların və gənclərin peşə hazırlığının artırılması, onların həyat bacarıqlarının inkişafı, yaşadıqları müəssisələri tərk etdikdən sonra müstəqil fəaliyyət göstərmələri, hüquqlarının müdafiəsi istiqamətində görülən işlərə, qanunvericiliyə müəyyən dəyişiklər olunması prosesinə töhfə verəcək.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (28.09.2016) :
Yağış Gecə : +15+17 | Gündüz: +20+22
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5966 | Satış: 1.6944

Rubl:
Alış: 0.0245 | Satış: 0.0265

Avro:
Alış: 1.7862 | Satış: 1.9053
AzTV TƏQDİM EDİR