İqtisadiyyat

FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının açılışı olub

22-01-2019 | 16:07        

  

İndiyədək BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı-FAO ilə ölkəmiz arasında 53-ə yaxın layihə həyata keçirilib. Əldə olunan uğurlu nəticələr isə əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına təkan verir. FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının açılışında bu barədə məlumat verilib.

Ölkəmizdə ərzaq təhlükəsizliyinin və kənd təsərrüfatının inkişafının təmini istiqamətində həyata keçirilən tədbirlərdən biri də yeni iqtisadi münasibətlərin formalaşdırılmasıdır. Artıq bu sahənin idarəetmə strukturu müasir dövrün tələblərinə uyğun olaraq qurulub, dövlət dəstəyinin təkmilləşdirilməsi, istehsal edilən məhsulların rəqabətə davamlılığının artırılması ilə bağlı stimullaşdırıcı tədbirlər görülüb. Bunun nəticəsidir ki, kənd təsərrüfatı məhsulunun ümumi həcmi 2018-ci ildə əvvəlki illə müqayisədə 4,6 faiz artıb,  ət və süd məhsulları ilə özünü təminetmə 90 faizə çatıb, bütün növ tərəvəz və meyvə üzrə isə bu göstərici 100 faizdən çox olub. FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının açılışında bu barədə məlumat verildi. Aqrar sahənin ölkənin qeyri neft sektorunda prioritet sahələrdən biri olduğunu deyən Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirdi ki, FAO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən proqram və layihələrin ölkədə bu sektorun modernləşdirilməsi və davamlı inkişafında mühüm töhfələr verir. İndiyədək FAO ilə birlikdə 53-ə yaxın layihə həyata keçirilib, hazırda 6 layihənin icrası davam etdirilir, 4-nün isə yaxın müddət ərzində icrasına başlanılacaq.

Qurumun Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Vladimir Raxmanin bildirdi ki, kənd təsərrüfatının ikişafında atdığı addımlarla Azərbaycan digər ölkələr üçün nümunədir. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev FAO ilə birgə həyata keçirilən layihələrə toxundu. Bu layihələrin əsas məqsədi meşələrin genişləndirilməsi və balıqçılığın inkişafı ilə yanaşı, pestisidlərin ölkəmizə gətirilməsidir. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli isə məhsuldarlıq və ixrac potensialının gücləndirilməsinin vacibliyini vurğuladı. Bildirildi ki, bu ayın sonundan agentliyin mütəxəsisslərinin qısa müddətli təlim proqramlarına başlanılacaq. Yeri gəlmişkən, aqrar sahədə elektron xidmətlərin tətbiqi də genişləndirilir.

BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İshaqzai və digərləri dedilər ki, bu proqram çərçivəsində Azərbaycanın donor ölkə kimi layihələrin maliyyələşdirilməsini həyata keçirən ölkələrdən birinə çevrilib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR