Siyasət

Milli Məclisin İnsan Hüquqları Komitəsinin 2019-cu ildə ilk iclası keçirilib

22-01-2019 | 14:04        

  

Milli Məclisin İnsan Hüquqları Komitəsinin 2019-cu ildə ilk iclası keçirilib. İclasda ötən ilin payız sessiyasında görülən işlərin hesabatı verilib, bu ilin yaz sessiyası üçün qanunvericilik işləri planı təsdiqlənib.

Bu gün bütün sahələrdə dünyaya töhfələr verən ölkəmizin apardığı müstəqil siyasət hansısa qüvvələri narahat edir. Bu baxımdan da Avropa Parlamentinin Azərbaycana qarşı göstərdiyi sonuncu qərəzli münasibət və qəbul etdiyi ədalətsiz qətnamə ölkəmizin dünyada artan nüfuzuna kölgə salmaq, beynəlxalq imicinə zərbə vurmağa məqsədini daşıyırdı. Mill Məclisin İnsan Hüquqları Komitəsinin 2019-cu ildə  keçirilən ilk iclasında millət vəkillərinin çıxışlarında toxunduğu əsas məsələ belə bir münasibətə və sənədə etirazla bağlı oldu. Avropa Parlamentinin ikili standartlardan çıxış etdiyini deyən millət vəkilləri bildirdilər ki, ölkəmizə qarşı belə bir sənədi qəbul edən qurum nədənsə  Avropada ildən-ilə artan irqçiliyi, ayrı-seçkiliyi, islamofobiya və ksenofobiya hallarını görmək istəmir. Millət vəkilləri ölkəmizin imicini zədələmək istəyənlərin cəhdinin bu dəfə də uğursuzluqla nəticələndyini vurğulayaraq diqqətə çatdırdılar ki, bu cür qarayaxma kampaniyaları Azərbaycanın gücünə, qüdrətinə xələl gətirə bilməz. 

Milli Məclis sədrinin müavini Bahar Muradova bu cür yanaşmaların və mövqeyinin təkcə ölkəmizə qarşı nümayiş edilmədiyini dedi. Bildirdi ki, xüsusilə beynəlxalq alımdə ayrı-ayrı qurumlar öz maraqları üçün bu cür məsələlərdən alət kimi istifadə edirlər.

İclasda o da bildirildi ki, Azərbaycan Rspublikasının vətəndaşlığını təsdiqləyən sənədlər siyahısına daha biri əlavə olunur. “Azərbayan Respublikası vətəndaşlığı haqqında” qanunun 6-cı maddəsinə edilən əlavədə qeyd olunur ki, şəxsiyyət vəsiqəsi və pasportla yanaşı, 15 yaşı tamam olmamış Azərbaycan Respubklikası vətəndaşının fərdi indentifikasiya kartı da ölkə ərazisində vətəndaşlığı təsdiqləyən sənədlərdəndir. “15 yaşı tamam olmamış Azərbaycan Respubklikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunun 1-ci maddəsinə təklif edilən dəyişikdə də bildirili ki, doğum haqqında şəhadətnamə ilə birlikdə ilk dəfə verilən fərdi identifikasiya kartının alınması üçün vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiqlənmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs də müraciət edə bilər. Doğumun qeydə alınmasının notariat qaydada müəyyənləşdirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Ailə Məcəlləsinə də dəyişiklik olunur. Məcəllənin 166.2-ci maddəsinin yeni redaksiyasına əsasən doğumun qeydə alınması üçün uşağın valideyni, qəyyumu, himayəçisi və ya onların notariat qaydasında təsdiqlənmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs müvafiq icra hakimiyyəti orqanına müraciət edəcək. 164.1-ci maddəsinə edilən dəyişiklikdə isə qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiqləyən sənədlər əsasında aparılır. Bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur.  Dəyişiklik dövlət başçısının müvafiq sərəncamı ilə təsdiqlənmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı elektron xidmətlərin tətbiq ilə əlaqədar dövlət orqanları tərəfindən tətbiq edilən rəsmi sənəd və arayışların sayının azaldılmasının təmin edilməsi məqsədini daşıyır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.02.2019) :
Azbuludlu Gecə : +3+5 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR