Siyasət

“İlham Əliyev: İnkişaf - məqsədimizdir” çoxcildliyinin 75-ci kitabı çapdan çıxıb

22-01-2019 | 13:35        

  

“İlham Əliyev-İnkişaf - məqsədimizdir-” çoxcildliyinin 75-ci kitabı çapdan çıxıb.   Nəşrdəki materiallar  2016-ci ilin  iyulundan –sentyabr ayınadək olan dövrü əhatə edir.

“İnkişaf - məqsədimizdir” çoxcildliyinin bu sayında   dövlət başçısnın Qırğız Respublikasına səfəri, Ukrayna və İran Prezidentlərinin Azərbaycana gəlişi zamanı bu ölkələrin dövlət və hökümət nümayəndələri ilə  enerji və qeyri-neft sektoruna aid müqavilələr, təhsil, mədəniyyət sahəsində anlaşma və hərtərəfli məsələlərin müzakirəsinə dair materiallar toplanıb. Cilddə, həmçinin ölkə başçısının bölgələrə səfərləri, regionların sosial-iqtisadi inkişaf proqramının həyata keçirlməsi, ölkənin sosial, iqtisadi, kənd təsərrüfatı və mədəni cəhətdən inkişafına həsr olunan nitqləri, getdiyi bölgələrdə bir sıra orta məktəblərin, uşaq bağçaları və parkların , sənaye müəssisələrinin açılışında və ictimaiyyətin nümatyəndələri ilə görüşlərindəki çıxış və nitqləri, eləcə də ölkəmizə səfərə gələn bir sıra beynəlxalq təşkilatların nümayəndələri, mədəniyyət və din xadimləri  ilə görüşləri, xarici ölkələrin televiziya kanallarına verdiyi müsahibələr geniş yer alıb. Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 75-ci sayındakı materiallar 2016-ci ilin  iyulundan –sentyabr ayınadək olan dövrü əhatə edir.