Rəsmi xronika

Prezident İlham Əliyev Qəbələ rayonuna gəlib

18-11-2011 | 17:55        

  

 

 

Noyabrın 17-də  Prezident İlham Əliyev Qəbələ  rayonuna gəlib.   Dövlət başçısı xalqımızın ümumilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib.  Prezident İlham Əliyevə bildirilib ki, son vaxtlarda ulu öndərin abidəsinin yerləşdiyi parkda yenidənqurma və abadlıq işləri görülüb, burada əhalinin sitirahəti üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyev Prezident İlham Əliyev Nic qəsəbəsi  2 saylı məktəbinin yeni binasının açlış mərasimində iştirak edib.

    Dövlət başçısına məlumat verilib ki,məktəbin əvvəlki binası 1930-cu ildə inşa olunmuşdu. Bina son dövrlər tamamilə yararsız və qəzalı vəziyyətdə olub. Təhsil ocağının yeni binasının tikintisinə bu  ilin aprel   ayında başlanıb. Bunun üçün 1 hektar yer ayrılıb.  4 mərtəbəli Məktəb binası qısa müddətdə müasir tələblər səviyyəsində inşa olunub.

Dövlət Başçısı məktəblə yaxından tanış olub. Məktəbin  foyesində   Ulu Öndər Heydər Əliyev, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın  təhsilə göstərdikləri  diqqət və qayğını əks etdirən foto-stend  yaradılıb. Təhsil ocağının 20 sinif otağında, 2 labaratoriyasında   və müxtəlif təyinatlı digər  otaqlarda  müasir təhsil üçün hər cür şərait yaradılıb. Siniflər yeni avadanlıq və dərs ləvazimatı ilə təmin olunub. Prezident İlham Əliyev informatika otağında  yaradılan şəraitlə tanış olub. Bildirilib ki,bütün komputerlər internetə qoşulub. 200 nəfərlik  akt zalı da  bu mərtəbədə yerləşir. Zalda müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Şagirdlərin nəzəri  biliklərinin   labartoriyalarda tətbiq etmələri üçün də bütün ləvazimatlar alınıb. Məktəbdə yaradılan inzibati otaqlar da  öz rahatlığı ilə diqqəti cəlb edir. Təhsil ocağının idman zalında şagirdlərin idmanın istənilən növü ilə məşğul olmaları üçün hər cür imkan yradılıb. Məktəbin 2-ci mərtəbəsindəki Kitabxanada 5 mindən artıq vəsait toplanıb. Ətrafda yaşıllaşdırma işləri aparılıb,şagirdlərin asudə vaxtlarının təşkili  üçün də hər cür  şərait yaradılıb.

Qəbələ  rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev  Olimpiya İdman Kompleksinin açılış mərasmində iştirak edib.

Dövlət Başçısı Olimpiya İdman Kompleksi ilə tanış olub. Burada Prezident İlham Əliyevə Qəbələ rayonunda gənclər və idmançılar üçün gələcəkdə inşa ediləcək qurğuların eskiz layihələri barədə geniş məlumat verilib. Qeyd olunub ki, Qəbələ Olimpiya idman kompleksi ölkədə istifadəyə verilən sayca 32-ci belə idman qurğusudur.  Əsas binanın tikinti sahəsi 9  min  kvadratmetridr. Kompleksin 1-ci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin respublikamızda bədən tərbiyəsinin və idmanın inkişafına göstərdikləri diqqət və qayğını, həmçinin  idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda uğurlarını əks etdirən fotostendlər  quraşdırılıb. Dövlət başçısı idman zalı ilə tanış olub. İdmanın müxtəlif növləri üzrə beynəlxalq səviyyəli yarışların da keçiriləcəyi zalda tamaşaçılar üçün 720 oturacaq quraşdırılıb. Zalda mini futbol, basketbol, voleybol, gimnastika, boks, güləş və idmanın digər növləri üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək mümkündür. Burada qadın və kişilər üçün ayrı-ayrılıqda trenajor zalları yaradılıb. Zallar  bütün  lazımı idman avadanlıqları ilə təchiz olunub. Prezident İlham Əliyev  üzgüçülük hovuzuna baxıb. Hovuzda xüsusi nəm alma qurğusu quraşdırılıb. Buradakı yarışları isə 80 nəfər izləyə biləcək. Kompleksdə mini kafe də fəaliyyət göstərəcək. Burada idmançaların asudə vaxtlarının səmərəli keçmələri üçün də hər cür şərait yaradılıb, komleksin

2-ci mərtəbəsində stolüstü tennis və bilyarda stolu  quraşdırılıb.

 

Prezident İlham Əliyev açıq havada quraşdırılan idman qurğuları ilə də tanış olub. Qeyd olunub ki, burada tennis kortu, mini futbol, basketbol və voleybol meydançaları var. Stadion 1540 tamaşaçı tutumuna malikdir və   müasir standartlara cavab verir. Dövlət başçısı azyaşlı idmançılarla söhbət edib.

 

Dövlət başçısna məlumat verilib ki, kompeksdə  3 kotej  inşa olunub.Burada həm  idmançılar, həm də  qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb. Dövlət başçısı görülən işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.

 

 

Prezident İlham Əliyev Qəbələ beynəlxalq hava limanının istifadəyə verilməsi mərasimində iştirak edib.

Prezident İlham Əliyev burada Qəbələ rayon ictimaiyyəti ilə görüşüb. Dövlət başçısı hava limanın istifadəyə verilməsi münasibətilə Qəbələ sakinlərini  təbrik edib,  hava limanının açılmasını Azərbaycanda həyata keçirilən iqtisadi inkişafın məntiqi nəticəsi adlandırıb.

Dövlət başçısı onu da bildirib ki, indi ölkədə hava nəqliyyatının inkişafı ilə bağlı işlər davam etdirilir. Qəbələ hava limanının  tikilməsində məqsəd bu bölgəyə turist axınını sürətləndirmək və bununla bağlı nəzərdə tutulan məqsədlərə nail olmaqdır.

Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ölkənin bütün bölgələri kimi  Qəbələnin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edib.

Sonra Prezident İlham Əliyev Qəbələ beynəlxalq hava limanının açılışını edib.

Hava limanı Dövlət Başçısının sərəncamı əsasında inşa olunub. Prezident İlham Əliyevə  məlumat verən Azərbaycan Hava Yolları QSC-nin prezidenti Cahangir Əsgərov bildirib ki, Qəbələ Hava limanının tikintisinə bu ilin yanvar ayında başlanılıb. Bunun üçün 360 hektar yer ayrılıb. Aeroport yüksək dünya standartlarına cavab verir. Burada məlumat bürosu, gözləmə zalı, internet otağı yaradılıb. Aviasiya təhlükəsizliyi, sərhəd xidməti və gömrük xidməti əməkdaşlarının rahat işləmələri üçün hərtərəfli şərait yaradılıb. Terminalda ən son təhlükəsizlik avadanlıqları quraşdırılıb. Burada sərnişin qeydiyyatının rahat və vaxtında aparılması üçün 6 məntəqə yaradılıb. VİP  sərnişin qeydiyyatı və salonu da ən son avadanlıqlarla da təchiz olunub. Hava limanının 2-ci mərtəbəsində restoran fəaliyyət göstərəcək. Qəbələ Hava Limanı saatda 200 sərnişin daşıma gücünə malikdir. Hava limanının  tikintisi bir də onunla əlamətdardır ki, bu mühüm obyekt Azərbaycanın “Azvirt” MMC tərəfindən inşa olunub. Elə burada Prezident İlham Əliyevə Qəbələ hava limanının layihəsi ilə yanaşı Qəbələ-Ağdaş yolunun yenidən qurulması layihəsi təqdim olunub. Dövlət başçısı layihə ilə bağlı tapşırıqlarını verib.  Prezident İlham Əliyev dispetçer mənətqəsi ilə də tanış olub Bildirilib ki, uçuşların idarə olunması üçün quraşdırılan avadanlıqlar dünya standartlarına cavab verir. Hava limanının uçuş enmə zolağının uzunluğu 3600 metr, eni isə 60 metrdir. Yönəldici yolun uzunluğu 26 min kvadrat metrdir. Bildirilib ki, hava limanı çəkisi 400 tona qədər olan təayyarələri qəbul etmək imkanına malikdir. Perronun sahəsi 100 min kvadrat metrdir.Burada həmçinin təyyarələrin  saxlanılması üçün  10 meydança yaradılıb. Bunun 4-ü, xüsusilə ağır çəkli təyyarələr üçündür. İlkin mərhələdə burada 200 nəfər işlə təmin olunacaq. Hava limanın ərazisində geniş yaşıllaşdırma işləri aparılıb.

 

Prezident İlham Əliyev Qəbələ Hava Limanında  “SİLKWAY”  şirkətinə məxsus karqo təyyarəsinə yükün doldurulması prosesini izləyib. Məlumat verilib ki, Boinq-747 tipli yük təyyarəsi dünyada ən ağır təyyarələrdən hesab olunur. İlk reysi yerinə yetirən  təyyarəyə “Gilan Holdinq”in müəssisələrinə istehsal olunan 100 ton məhsul yüklənir. Həmin yük Qəbələdən Polşanın paytaxtı Varşavaya göndərilir.

 

  Prezident İlham Əliyev Qəbələdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binasının istifadəyə verilməsi mərasimində iştirak edib.

      Əmək və Əhalinin Sosoial Müdafisəi Naziri Fizuli Ələkbərov məlumat verib ki, indiyə qədər Qəbələ rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 3 fərdi ev və bir 2 mərtəbəli 16 mənzilli yaşayış binası tikilərək istifadəyə verilib. Yeni  dördmərtəbəli  bina 36 mənzillidir. Binanın tikintisinə ötən ilin dekabr ayında başlanıb. Bunun üçün isə

0,6 hektar ərazi ayrılıb. Binanın həm xarici görünüşü, həm də daxili tərtibatı ən müasir standartlara cavab verir. Burada  əlillərin sərbəst hərəkəti üçün xüsusi qurğular quraşdırılıb. Kommunikasiya qurğuları da müasir tələblərə cavab verir. Binanın həyətyanı sahəsində abadlıq işləri aparılıb, ağac və gül kolları əkilib.  Burada uşaq meydançası da yaradılıb. Prezident İlham Əliyev otaqları gəzib, burada yaradılan şəraitlə yaxından tanış olub. Dövlət başçına bildirilib ki, bütün otaqlar zəruri avadanlılar və mebellərlə təchiz olunub.

       Dövlət Başçısı Qarabağ müharibəsi əlilləri ,şəhid ailələri və Böyük Vətən müharibəsi əlliləri ilə görüşüb.

Prezident çıxış edib.   Qarabağ müharibəsi əlili Maarif Nuriyev onlara  göstərilən bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşşəkür edib. O deyib ki, mənzillərin və avtomobillərin təqdimat mərasimlərində, eləcə də müxtəlif sosial müdafiə tədbirlərində  Prezident İlham Əliyevin dəfələrlə iştirakı aztəminatlı insanlara yüksək səviyyədə diqqətin real nümunəsidir.

       Dövlət başçısı yeni mənzillərin orderlərini və avtomobillərin açarlarını sahiblərinə təqdim edib.

       Qeyd olunub ki,bu günkü mərasimdə  Qarabağ və Böyük Vətən Müharibəsi əlillərinə 100 ədəd minik avtomobili də verilib.

 Sonra xatirə şəkili çəkdirilib.

Prezident İlham Əliyev əlillərə təqdim olunan Lifan markalı avtomobillərlə yaxından tanış olub. Dövlət başçına məlumat verilib ki, 1998-ci ildən 2009-cu ilədək 2114 ədəd “Oka” markalı minik avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edilib. Ötən il bu sahədə irəliləyişə nail olunub,  keyfiyyəti və rahatlığı ilə daha üstün olan 500 ədəd “Slavuta” markalı avtomobil respublikaya gətirilib. 2011-ci ildə isə 304 ədəd Lifan markalı avtomobilin bu qəbildən olan insanlara verilməsi nəzərdə tutulub.

 

Prezident İlham Əliyev Qəbələ Limonad Zavodunun açılışında iştirak edib. Dövlət Başçısı zavodu işə salıb. Rayon iqtisadiyyatında əhəmiyyətli yer tutacaq müəssisədə dünya standartlarına cavab verən avadanlıq İtaliyanın “Podovan” şirkəti tərəfindən quraşdırılıb. İstehsal prosesi tam avtomtlaşdırlıb. Zavodun iş prinsipi xammalın qəbulundan başlayaraq qablaşdırılmaya qədər mövçud olan bütün prosesləri əhatə edir. Prezident İlham Əliyev müəssisənin istehsal prosesini izləyib. Qeyd olunub ki, zavodda 5 çeçiddə məhsul –kola ,tərxun,duşes,üzüm,limon limonadları,həmçinin  qazlı və qazsız  sular hazırlanacaq. Məhsullar müxtəlif tutumlu plastik və şüşə qablarda bazara çıxarılacaq. İllik istehsal gücü 50 milyon litr  olan zavodda 60 nəfər işləyəcək. Dövlət Başçısı Gilan Holdinqə daxil olan Lənkəran və Qəbələ Konserv zavodlarında  və yeni istifadəyə verilən Qəbələ Limonad Zavounda  istehsal olunan məhsulların sərgisinə baxıb. Ölkə prezidentinin diqqətinə  çatdırılıb ki, bu məhsullar yerli və xarici bazarın tələblərinə cavab verir. Belə ki, istehsal olunan məhsul nümunələri bir çox xarici ölkə nümayəndələri tərəfindən laborator analizindən keçirilərək, yüksək qiymət alıb və böyük maraq doğurub. Buna görə də həmin  müəssisələrdə istehsal olunan məhsullar  Rusiya, Ukrayna, Belarus, Baltikyanı respublikalarının, Amerika qitəsi dövlətlərinin bazarlarına çıxarılıb. Başlıca prınsiplərdən biri də məhsulun məhz yerli xammaldan, bərəkətli Azərbaycan torpağında yetişən nemətlərdən hazırlanmasıdır. Bu məqsədlə müəssisələr yerli fermerlərin köməyi ilə ölkənin bütün regionlarından meyvə və tərəvəz məhsulları qəbul edir. Zavodlardan sifariş alan on minlərlə insanın   meyvə və tərəvəz məhsullarının becərilməsinə və yetişdirilməsinə  marağını artırır.Bu da ölkədə aqrar sahənin inkişafında mühüm rol oynayan bir faktordur.

 

          Prezident İlham Əliyev Qəbələ şəhər məscidinin yeni binasının tikinti işləri  ilə də tanış olub. Dövlət başçısına məscidin ərazisində aparılan abadlıq və yendiənqurma işləri barədə məlumat verilib.  Qeyd edək ki,Qəbələ şəhər məscidinin əvvəlki binası sahəcə kiçik olub və bu dini ocaq son dövrlərdə tamamilə yarasız vəziyyətdə düşüb. Məscidin tikintisinə

 2011-ci ilin martında başlanılıb. Bunun üçün 800 kvadratmetr ərazi ayrılıb. İndiyə qədər baş plan əsasında  iki mərtəbəli əsas  binanın, məscidə giriş pilləkənin,körpücüyün və  minarənin tikintisi başa çatdırılıb. Məscidin minarəsinin hündürlüyü 21,6 metrdir.  Minarələrin davamlılığını artırmaq məqsədi ilə 10 metr dərinliyində özül bərkitmə işləri aparılıb. Hazırda məscidin daxilində  işlər davam etdirilir. Qeyd olunub ki,  məscidin ərazisindəki məişət binasında da əsas işlər görülüb. Burada kitabxana, mərasim salonu , dəstəmaz yerləri və digər otaqlar yerləşəcək. Prezident İlham Əliyev həyata keçirilən işlərin  milli xüsusiyyətlər nəzərə alınmaqla reallaşdırılmasına dair tapşırıqlarını verib.

Prezident İlham Əliyev Qəbələ  Rayon İcra Hakimiyyətinin yeni binasının istifadəyə verilməsi mərasimində  iştirak edib.

Binanın foyesində ölkənin inkişafında böyük xidmətləri olmuş  ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada həmçinin Ümumilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin  ölkəmizin tərəqqisində  fəaliyyətini əks etdirən fotoguşə yaradılıb. Binanın interyeri  zövlqə tərtib olunub. Ölkə prezidentinə məlumat verilib ki, Ümumilikdə binda 50 iş otağı var.1 və 2-ci mərtəbədə inzibati otaqlar yerləşir. Binada müasir lift quraşdırılıb. 40 nəfərlik yeməkxana da işçilərin ixtiyarındadır. Əməkdaşların asudə vaxtlarının səmərli təşkili məqsədilə zirzəmi qatında yardılmış isitirahət otağı və idman zalında   stolüsütü tennis, bilyarda masası quraşdırılıb. Kitabxana,anbar və arxiv də bu mərtəbədə yerləşir. Burada həmçinin  böhran vəziyyətində idarəetmə məntəqəsi yaradılıb. Prezident İlham Əliyev idarəetmə məntəqsi ilə yaxından tanış olub. Buradan rayon ərazisinə nəzarət etmək mümkündür. Fövqəladə hallarda eyni anda rayonun 3 böyük qəsəbəsi-Vəndam, Bum və Niclə birbaşa videobağlantılar yratmaq  imkanları mövcuddur. 3-cü mətəbədəki akt zalı 152 nəfərlikdir. Burada tərcümə otağı təşkil olunub. Konfrans zalı da bu mərtəbədə yerləşir.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi,tapşırıq və tövsiylərini verib.  Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsinə noyabrın 18-də Qəbələ Futbol klubunun stadionunda və təlim məşq bazası komleksində  aparılan tikinti işləri ilə tanış olub.

 

Dövlət Başçısına bildirilib ki, əsas stadion ,məşq bazası və Qəbələ Futbol Akademiyasının inziabti binasının tikintisi kompleks şəkildə aparılır. Bunun üçün 7 hektar ərazi  ayrılıb. Klubunun əsas stadionu 15 min yerlik nəzərdə tutulub.Stadion ən yükəsk standartlar səviyyəsinə inşa olunacaq. Hələlik  klub ev oyunlarını 4 min tamaşaçı yerlik stadionda keçirir. Tikiləcək yeni stadionla yanaşı komleksdə 6 stadion fəaliyyət götrəcək. 5-i təbii ,1-i isə süni  örtüklü  stadionlardan 4-ü istifadəyə verilib. Prezident İlham Əliyevə Qəbələ Futbol klubu Akademiyasının yeni binasının tikinti işləri barədə də məlumat verilib. İl yarım ərzində istifadəyə verilməsi nəzərdə tutulan akademiyanın daxilində təbii və süni örtüklü meydançalar, yeməkxana, istirahət otağı və digər yardımçı oyektlər olacaq. Qeyd olunub ki, Tikinti ilə paralel olaraq, “Qəbələ”nin uşaq futbol bölmələrinə seçim aparılıb. Hazırda Akademiyada 200-ə yaxın uşaq təlim keçir. Seçim hələlik Qəbələ rayonunu, gələcəkdə isə bütün zonanı əhatə edəcək.

Qəbələyə səfəri zamanı  Dövlət Başçısı Qəbələ Cıdır Kompleksində aparılan tikinti işləri ilə də maraqlanıb.  Ölkə prezidentinin diqqətinə çatdırılıb ki,Azərbaycan Atçılıq Federasiyasının sifarişi ilə inşa olunacaq kompleksin tikintisi üçün 40 hektar ərazi ayrılıb. Inşaat işlərinə bu ilin iyul ayından başlanılıb.Ərazidə 4700 nəfərlik stadion, 1600 metrlik yaşıl ot örtüyündən və 1600 metrlik narın qumdan ibarət cıdır meydanı tikiləcək.Bundan başqa kompleksdə yarışları izləmək üçün 80 kvadratmetrlik monitor, 180 at üçün  tövlə, cokeylər üçün 15 ədəd ev, konkur oyunları üçün açıq və bağlı manejlər, hər biri 2000 nəfərlik 2 ədəd tamaşaçı zalı, gəzinti və istirahət parkı, kafe, restoran, maşınlar üçün xüsusi dayanacaqlar inşa oluncaq. Kompleksdə  uşaqların at sürməyi öyrənmələri üçün kiçik meydança tikiləcək. Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə aparılması üçün tapşırıq və tövsiylərini verib.

 

 

 

 

 

Prezident İlham Əliyev noyabrın 17-də  Qəbələdə “Qafqaz Sport Hotel”in açılışında da iştirak edib.

Yeni turizm obyekti ilə tanışlıq zamanı ölkə prezidentinə məlumat verildi ki, 2010-ci ilin mart ayında inşasına  başlanılan beşulduzlu hotel rayonda ən böyük turizm  layihələrdən biridir. 6.5  hektar ərazidə yerləşən hotel 7 mərtəbəli əsas korpusdan və kotteclərdən ibarətdir. Avanqard və modern arxitektura üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunub. İclas zalı 300 nəfərlikdir . Buradakı hər bir restorana, bara və iclas  zallarına qiymətli daş adları verilib. Mirvari adlanan restoran 134 nəfər üçün nəzərdə tutulub. Sapfir A LA carte restoranından eyni anda 170 nəfərə xidmət göstərmək mümkün olacaq. 180 nəfərlik Firuzə restoranında  isə konfranslar,seminarlar və şənliklərin keçirilməsi üçün ideal  şərait yaradılıb. Restoranlarda qonaqların  arzusu ilə milli  və dünyanın müxtəlif ölkələrinin mətbəx nümunələrini  hazırlamaq mümkün olacaq. Diqqətə çatdırılıb ki, hotelin ərazisində yüksək standartlara cavab verən 21 ədəd kottec inşa olunub.Kotteclər  Ailəvi istirahət üçün ideal şəraitə malikdir. Oteldə açıq havada da hovuz yaradılıb.Uşaqların  əylənməsi üçün oyun meydançası inşa olunub.

 Otelin İdman mərkəzində isə təlim-məşqlərin keçirilməsi mümkündür.Prezident İlham Əliyev burada gənc taekvandoçuların nümunəvi çıxışlarını izləyiblər. Nəhəng turizm obyektində  ayrıca SPA və Sağlamlıq Mərkəzi yaradılıb. Turizm obyektində  bir neçə bar , həmçinin qapalı hovuz da faəliyyət göstərir.

Oteldə Burada 98 nömrə var. Dövlət başçısı otaqlarda yaradılan şəraitlə yaxından tanış olub. Qonaqların istirahətinin yüksək səviyyədə təmin edilməsi üçün hər cür şərait yaradılıb. Bütün otaqlar rəqəmli seyf, minibar, havalandırma sistemləri, peyk televiziya antenası, beynəlxalq telefon xətti, kabelsiz internetlə təchiz edilib. Otelin qonaqları gün ərzində otaq xidməti, faks,avtodayanacaq, camaşırxana, iş mərkəzi, avtobus, tibbi yardım xidmətlərindən də faydalana bilərlər.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (30.09.2016) :
Yağış Gecə : +13+15 | Gündüz: +18+20
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5927 | Satış: 1.6902

Rubl:
Alış: 0.0248 | Satış: 0.0268

Avro:
Alış: 1.7794 | Satış: 1.898
AzTV TƏQDİM EDİR