Siyasət

20 Yanvar şəhidlərinin xatirəsi Berlində anılıb

22-01-2019 | 10:30        

  

20 Yanvar faciəsi yalnız xalqımıza qarşı deyil, ümumilikdə bəşəriyyətə qarşı törədilən cinayətdir. Bu barədə Berlində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı keçirilən tədbirdə bildirilib.

Berlinin Humboldt Universitetində Azərbaycan Tarixi Kafedrasının təşkilatçılığı və Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyi ilə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir şəhidlərin xatirəsini yad etməklə başladı. 20 Yanvar gecəsi Sovet rəhbərliyinin Bakı şəhərində dinc insanlara qarşı göndərdiyi hərbi birləşmələr mülki əhalini amansızcasına qətlə yetirib. Bu barədə danışan Berlinin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının rəhbəri Eva-Maria Aux o hadisələr haqqında məlumat verdi, Sovet hərb maşının Bakıda törətdiyi cinayətlərdən danışdı.

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov 1990-cı il yanvarın 20-də Azərbaycanda baş verən proseslərdən danışdı, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən xalqa qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsinin Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardığını vurğuladı. Qeyd edildi ki, 20 Yanvar faciəsinə ilk dəfə hüquqi-siyasi qiyməti ümummilli lider Heydər Əliyev verib.

Tədbirin sonunda  “20 yanvar” hadisələrinə həsr olunan film nümayiş olundu,  fotoşəkillərdən ibarət sərgi ilə tanışlıq oldu.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.02.2019) :
Azbuludlu Gecə : +3+5 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR