Siyasət

Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası başlayıb

22-01-2019 | 09:35        

  

Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası başlayıb. Sessiyada bütün Avropa üçün mühüm əhəmiyyət kəsb edən bir sıra məsələlərin müzakirəsi nəzərdə tutulub.

İclasın əvlində Assambleya üzvləri qurumun növbəti rəhbərini müəyyən etmək üçün səs verdilər. İsveç Parlamentinin üzvü Lilian Mauri-Paskie yenidən Avropa Şurası Parlament Assambleyasının prezidenti seçildi. Qış sessiyasının ilk günündəki müzakirələrdə həmçinin Ermənistanda dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı məruzə dinlənildi. Məruzədən məlum oldu ki, Avropa Şurası Parlament Assambleyası ikili staandartlara dırnaqarası sadiqliyini davam etdirir. Polşalı parlamentari Aleksander Poçey hazırladığı məruzədə Ermənistandakı növbədənkənar seçkilərdə qeydə alınan bir sıra qanun pozuntularından soz açsa da səsvermədəki total saxtakarlıq, seçici hüquqlarının məhdudlaşdırılması, səsvermə məntəqələrində polis zorakılığı kimi faktların üzərindən sükutla keçdi. Əksəriyyəti cinayət tərkibli olan bu pozuntular diqqətdən kənarda qaldı. Seçicilərin yarısından da azının - cəmi 48,6 faizinin səsvermədə iştirak etməsi və bu minvalla Paşinyan hakimiyyətinə inamsızlıq nümayiş etdirməsi də nədənsə məruzədə öz əksini tapmadı.  Avropalı parlamentarilər özləri də etiraf edir ki, qurumun Ermənistandakı ciddi hüquq pozuntuları haqqında susması, Azərbaycanla bağlı isə ən xırda məsələlərin şişirdilib müzakirəyə çıxardılması heç bir məntiqi izaha sığımır. 

Ermənistandakı parlament seçkilərindəki ciddi qanun pozuntuları ilk növbədə elə Avropa Şurası Parlament Assambleyasını narahat etməli idi. Axı Ermənistan parlamentinə saxta yolla seçilmiş deputatların bir qismi Assambleyaya da mandat qazanıb. Öz xalqının etimadını qazana bilməyən bu saxtakarlara, bütün Qitə üçün mühüm qərarların qəbul edilməsində iştirak hüququnu necə etibar etmək olar?!

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR