Siyasət

Davos forumlarında planeti düşündürən ən ciddi və aktual məsələlər müzakirə müstəvisinə çıxarılır

22-01-2019 | 09:21        

  

Prezident İlham Əliyev mütəmadi şəkildə Davos İqtisadi Forumuna dəvət alan dövlət başçıları sırasındadır. Bu, həm Azərbaycana, həm də liderinə olan marağın və dəyərin real ifadəsi sayıla bilər. Ölkə rəhbəri indiyədək 12 dəfə forumda iştirak edib. Azərbaycan Prezidentinin bu il 13-cü dəfə foruma dəvət alması dünya üzrə tanınmış siyasətçilərin və dövlət xadimlərinin qlobal məsələlərin müzakirəsində Prezident İlham Əliyevin mülahizələrinə və şəxsi qənaətinə xüsusi önəm verdiyini təsdiqləyir.

Qlobal enerji və kommunikasiya layihələrinin uğurla reallaşdırılması və Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu sürətlə artır. Məhz bu amili nəzərə alan beynəlxalq siyasətçilər, tanınmış iş adamları, keçmiş və hazırkı dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri təşkil etdikləri tədbirlərdə Prezident İlham Əliyevin iştirakını labüd sayır. Belə təşəbbüslərdən biri də hər il yanvarın sonlarına təsadüf edən Ümumsünya Davos İqtisadi Forumudur.

Qeyd edək ki, Davos İqtisadi Forumu 1971-ci ildə isveçrəli Klaus Şvab tərəfindən təsis edilib və əsas etibarilə, dünyada baş verən iqtisadi proseslərin, dünyanın iqtisadi gündəliyinin müzakirə edildiyi ən böyük platformaya çevrilib. Siyasətçilər bu tədbirə 1974-cü ildən başlayaraq dəvət olunurlar. Davos Forumunda dünyanın iqtisadi prioritetləri müəyyənləşdirilir, dünya siyasətinin əsas istiqamətləri müzakirə olunur. Ümumiyyətlə, sözügedən format siyasətçilərin, biznes adamları və ictimai təşkilatların bir araya gələrək, qarşılıqlı müzakirəsini təmin edən ən böyük institut hesab edilir. Prezident İlham Əliyev mütəmadi şəkildə foruma dəvət alan dövlət başçıları sırasında yer alır. Bu, həm Azərbaycana, həm də dövlət başçımıza olan marağın və dəyərin real ifadəsi sayıla bilər. Ölkə rəhbəri indiyə qədər 12 dəfə forumda iştirak edib. Ötən illər ərzində Prezident İlham Əliyev Davosda 183 görüş keçirib ki, bunlardan 33-ü bilavasitə dövlət başçıları ilə görüşlərə təsadüf edir. Prezident 27 dəfə forumun sessiyalarında iştirak edib, 7 dəfə kütləvi informasiya vasitələrinə müsahibə verib. Bütün bu görüşlər qarşı tərəfin təşəbbüsü ilə reallaşdırılıb. Ekspertlər bildirirlər ki, Azərbaycan Prezidentinin bu il 13-cü dəfə foruma dəvət alması dünya üzrə tanınmış siyasətçilərin və dövlət xadimlərinin qlobal məsələlərin müzakirəsində Prezident İlham Əliyevin mülahizələrinə və şəxsi qənaətinə xüsusi önəm verdiyini təsdiqləyir.

Davos forumlarında planeti düşündürən ən ciddi və aktual məsələlər müzakirə müstəvisinə çıxarılır. Məsələn, son bir neçə il ərzində dünya iqtisadçıları və siyasi xadimləri İsveçrənin adıçəkilən kurort şəhərində “Yeni enerji tarazlığı”, “Dördüncü Sənaye İnqilabının Mənimsənilməsi”, “İpək Yolunun səmərəsi”, "Parçalanmış dünyada birgə gələcəyin yaradılması", “Strateji baxış: Avrasiya” və digər xarakterli mövzularda diskussiyalar aparıblar. Bu diskussiyaların hər birində Prezident İlham Əliyev yaxından iştirak edib və qlobal səciyyə daşıyan məsələlərlə bağlı şəxsi fikirlərini ortaya qoyub. Beynəlxalq ekspertlərin həmin fikirlərə yüksək dəyər verdiyini Azərbaycan Prezidentin 2017-ci il yanvarın 16-da Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab tərəfindən Davos fəxri üzvlər klubunun nişanı ilə təltif edilməsi faktı da təsdiq edir. Xatırladaq ki, həmin nişan forumda 10 dəfədən artıq iştirak edən rəhbər şəxslərə verilir.

Ümumiyyətlə, Davosda müxtəlif məsələlərin müzakirəsində Azərbaycanın aktiv iştirakı təbii sayılımalıdır. Ölkəmizin həyata keçirdiyi beynəlxalq layihələr dünya iqtisadiyyatında aparıcı yer tutan dövlətlərin diqqətini cəlb edir. Nəticədə, həmin təşəbbüslərdə iştirak etmək istəyən dövlət və təşkilatların sayı da artır. Respulikamızın iqtisadi imkanları ilə daha yaxından tanış olmaq imkanı qazanan dünyanın iş adamları Azərbaycana investisiyalar qoyurlar. Forum ölkəmizə yeni texnologiyaların gətirilməsi baxımından da mühüm önəm daşıyır.

Ekspertlər Ümumdünya Davos İqtisadi Forumunu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında da əhəmiyyətli platforma hesab edir. Çünki məhz bu tədbirlər hesabına ölkəmizin iqtisadi və enerji potensialı beynəlxalq müstəviyə çıxarılır, bu isə öz növbəsində Azərbaycanın yeni təşəbbüslərə dəvət olunması ilə nəticələnir. Davos Forumu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri obyektiv şəkildə dünya birliyinin diqqətinə çatdırmaq baxımından da strateji rol oynayır. Ermənistanın foruma heç də hər zaman dəvət edilməməsi və işğalçı ölkə ilə bağlı hər hansı layihənin irəli sürülməməsi Azərbaycanın üstünlüyünü və daha cəlbedici ölkə olduğunu göstərir. Bu reallıqlar həm də xarici siyasət hədəflərimizə nail olmaq üçün yeni perspektivlər açır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.02.2019) :
Azbuludlu Gecə : +3+5 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR