Xarici xəbərlər

Çində avtomobillər üçün rəngli şinlərin istehsalına başlanıb

18-11-2011 | 13:53        

  

Çində avtomobillər üçün rəngli şinlərin istehsalına başlanıb. Rəngli şinlərin istehsalının avtomobil sənayesində yeni dövrün başlanğıcı hesab edən “Dablstar qrup”unun rəhbərliyi bildirib ki, bu cür təkərlərə tələbat çox yüksəkdir.  Şirkət rəngli şinlərin istehsalına başlamaqla avtomobil həvəskarlarının çoxdankı arzularını həyata keçirib. Daha əvvəl sektorda fəaliyyət göstərən bütün şirkətlərin hədəfi təkərlərin yalnız keyfiyyətini və dayanıqlığını artırmaq olub. “Dablstar qrup”unun rəhbərliyi isə bildirir ki,  istehsal edilən yeni rəngli şinlər digərləri ilə müqayisədə daha davamlıdır.  Artıq  müxtəlif yol şəraitində  uğurla sınaqdan çıxarılan rəngli şinlər həm də avtomobillərin təkərlərinin ləngər vurmasını 20 faizədək  azaldır,  bu isə yanacağın qənaət edilməsinə  imkan  yaradır. Müxtəlif minik və  yük  avtomobilləri üçün dizayn edilən bu cür rəngli şinlərin təkmilləşdirilməsi üçün 2 il vaxt sərf olunub. Hazırda rəngli şinlərin istehsalı  günlük 20 min ədədə çatdırılıb.


 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (28.09.2016) :
Yağış Gecə : +15+17 | Gündüz: +20+22
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5966 | Satış: 1.6944

Rubl:
Alış: 0.0245 | Satış: 0.0265

Avro:
Alış: 1.7862 | Satış: 1.9053
AzTV TƏQDİM EDİR