İqtisadiyyat

Azərbaycan Hindistanda keçirilən “SATTE-2019” beynəlxalq turizm sərgisində iştirak edir

17-01-2019 | 11:17        

  

Azərbaycan Hindistanda keçirilən “SATTE-2019” beynəlxalq turizm sərgisində iştirak edir. Əsas məqsəd isə Odlar diyarının zəngin turizm potensiyalını göstərməkdir. Təxminən 40 ölkədən 1000-dən çox iştirakçının öz turizm imkanlarını nümayiş etdirdiyi sərgi keçən il 30 min ziyarətçi qəbul edib. Bu il isə daha çox baxış sayı qazanacağı bildirilir. Sərgidə ölkəmizi müxtəlif turizm şirkətləri də daxil olmaqla, ümumilikdə 19 qurum təmsil edir. Sözügedən sərgi 20 ildən çoxdur ki, BMT-nin Dünya Turizm Təşkilatının dəstəyi ilə keçirilir. Cənubi Asiyanın ən böyük səyahət və turizm sərgisi olaraq dünyanın müxtəlif ölkələrindən turizm və hotelçilik sahəsində olan şirkətlərin mütəxəssislərinin təcrübələrini bölüşdüyü platformadır.