Xarici xəbərlər

Ermənistan parlamentində dava düşüb

17-01-2019 | 11:13        

  

Ermənistanın yeni formalaşan parlamentinin iclasında deputatlar arasında dava düşüb. “Yepkir Sirani” partiyasnın rəhbəri isə  Paşinyan hökumətini  korrupsiyanın yeni növünü kəşf etməkdə ittiham edir.

Ermənistan parlamentinin yanvarın 16-da keçirilən iclasında “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” fraksiyalarının deputatları arasında qarşıdurma olub. “İşıqlı Ermənistan” fraksiyasından deputat Arman Babacanyan çıxışında Ermənistan hökumətinin xarici siyasətini tənqid edib. Bildirib ki, son illər səfir vəzifələrinə əsasən şübhəli bioqrafiyaya və kriminal keçmişə malik olan adamlar təyin edilirlər. Onun sözlərinə görə, Ermənistanın Ukraynadakı keçmiş səfiri Andranik Manukyan buna misaldır. Bundan sonra isə parlamentdə dava başlayıb. “Çiçəklənən Ermənistan” partiyasının deputatı Arman Abovyan Arman Babcanyana “səni parlamentin kürsüsündən Ermənistanın Ukraynadakı keçmiş səfiri Andranik Manukyan barədə böhtan yaymağa kim məcbur edir” deyə soruşub. Parlamentin sədri Ararat Mirzoyanın sakitliklə bağlı çağırışlarına deputatlar məhəl qoymayaraq bir-birilərinə qarşı sərt ittihamlar səsləndiriblər. “Çiçəklənən Ermənistan” fraksiyasının katibi Arman Abovyan Babacanyanı “Azərbaycanın tezislərini təkarlamaqda” günahlandırıb. Ermənistan mətbuatı isə  Babacanyanın haqlı olduğunu yazır. Bildirilir ki, Alman mətbuatında da Almaniyadakı erməni mafiyasının mövcudluğu və diplomat Aşot Smbatyanın cinayətkar qruplaşmalarla əlaqələrinə dair silsilə yazılar yer alıb. Bu Alman polisinin indiyədək ölkədə mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirdiyi ən irimiqyaslı əməliyyatı nəticəsində məlum olub. “Paşinyanın arvadı oliqarxların arvadlarını soymağa başlayıb, ölkədə korrupsiyanın yeni növü kəşf edilib”. Bunu isə “Ərik ölkəsi” partiyasının rəhbəri Zauri Postacyan bildirib. Onun sözlərinə görə, bu işlə hökumətin yaratdığı “Mənim addımım” fondu məşğul olur. Fond klassik korrupsiya sistemi ilə işləyir. Fondun rəhbəri, baş nazir Nikol Paşinyanın arvadı Anna Akopyandır. O, artıq cəmiyyətdə neqativ fikirlərə səbəb olan bəzi addımlar atıb. Söhbət keçmiş yüksək rütbəli məmurlar, oliqarxların arvadlarının şantajından gedir. Onlardan bütün zinət əşyalarını fonda vermək tələb edilir. Sonra isə rahat yata bilərlər. Belə gediş sayəsində həbsdə olan bir neçə məmur  artıq azad edilib. Fondların büdcələrini doldurmaq üçün yoxsul Ermənistanda başqa gəlir mənbəyi yoxdur. Bunun üçün də Paşinyanın ailəsi könüllü yardım adı altında korrupsiya sistemlərini yaradıblar.