Siyasət

Akademik Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” kitabının təqdimatı olub

17-01-2019 | 09:16        

  

“Qriqorian kilsəsinin azərbaycanlılara və türklərə qarşı düşmən və satqın siyasətinin kökləri uzaq keçmişə gedib çıxır və bu nifrətin səhifələrinin çoxu Azərbaycan və Türkiyə torpaqlarında “Böyük Ermənistan” yaratmaq arzusu ilə bağlıdır.” Bu fikirlər Milli Elmlər Akademiyasında Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin  “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi  (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)”  adlı kitabının təqdimat mərasimində səslənib.

Akademik Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi”  kitabı müəllifin əvvəlki fundamental əsərləri kimi böyük elmi əhəmiyyətə malik olmaqla yanaşı tarix, beynəlxalq münasibətlər, konfliktologiya, qafqazşünaslıq istiqamətində yeni tədqiqatlar üçün imkanlar açan dəyərli mənbədir. Kitabda əzəli Azərbaycan torpaqlarının bir neçə əsr davam edən işğalında Eçmiədzinin roluna, ermənilərin ərazi iddialarına  tamamilə yeni baxış əsasında aydınlıq gətirilir. Bu barədə kitabın təqdimatda Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli məlumat verdi. Bildirdi ki, bu kitab ölkəmizin tarixini araşdırmaqla məşğul olan humanitar sahənin alimləri üçün “Yol xəritəsi” ola bilər. Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlının sözlərinə görə, kitab Qafqazda ermənilər tərəfindən yaradılmış münaqişələrin tarixi köklərini və gerçək mahiyyətini dərk etmək üçün ciddi faktlar verir. Akademiyanın  Tarix İnstitutunun şöbə müdiri  Şahin Fazil Fərzəlibəyli, Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini Ramilə Dadaşova və digərləri  kitabın elmi məziyyətləri haqqında danışdılar. Qeyd olundu ki, nəinki ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda elm adamlarının böyük marağına səbəb olmuş kitab Səfəvilər dövlətinə qarşı casusluq, şantaj və separatizm vasitəsinə çevrilmiş Qriqorian kilsənin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin dərk edilməsi və ətraflı işıqlandırılması üçün  uğurlu addımdır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.02.2019) :
Azbuludlu Gecə : +3+5 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR