Cəmiyyət

“CNN” kanalında “Azərbaycana nəzər”

18-11-2011 | 12:31        

  

Dünyanın 200 dən çox ölkəsində izlənilən “CNN” kanalının Azərbaycan haqqında hazırladığı silsilə verilişlər çərçivəsində “Eye on Azerbaijan”-“Azərbaycana nəzər” adlanan proqramın bu dəfəki buraxılışında Azərbaycanın "Avroviziya 2011" mahnı müsabiqəsindəki tarixi qələbəsindən eləcə də, ölkənin gələn il ev sahibliyi edəcəyi "Avroviziya 2012" beynəlxalq mahnı müsabiqəsinə hazırlıq işlərindən bəhs edilir.

Son illərdə Azərbaycanda gedən sürətli inkişaf prosesləri ilk növbədə ölkəmizin bütün sahələrdə yüksək tərəqqiyə nail olması ilə müşayiət edillir. Bu mühüm amil digər tərəfdən də ölkəmizin beynəlxalq nüfuzunun güclənməsinə və Azərbaycanın dünyada ən islahatçı ölkə kimi tanınmasına səbəb olur. Artıq bütün nailiyyətləri ilə dünyanın diqqət mərkəzində olan Azərbaycanın bu uğurları məşhur dünya kanalarının da diqqət mərkəzindədir. CNN kanalının Azərbaycandan bəhs edən “Azərbaycana nəzər” adlı beşgünlük proqramın yayımına başlaması da bu məramdan qaynaqlanır.

Tanınmış telejurnalist Cim Klensinin təqdimatı ilə noyabrın 16-da təqdim olunan üçüncü verilişdə bu ilin may ayında Azərbaycanın gənc istedalı təmsilçiləri Eldar Qasımov və Nigar Camal "Running Scared" mahnısı ilə "Avroviziya 2011" beynəlxalq mahnı müsabiqəsindəki tarixi qələbəsindən bəhs edilir.

Eldar Qasımovla həmsöhbət olan Cim Klensi müsabiqədə qazandıqları böyük və möhtəşəm qələbə ilə bağlı müğənninin təəssüratlarını bölüşür. Gənc müğənni qələbə münasibətilə özünü çox xoşbəxt hiss etdiyini və hər kəsi gələn il Azərbaycanın ev sahibliyi edəcəyi "Avroviziya 2012" beynəlxalq mahnı müsabiqəsini izləmək üçün Bakıya dəvət etdiyini bildirir. Cim Klensi paytaxt sakinlərinin Azərbaycanın bu möhtəşəm qələbəsini Bakı küçələrində böyük coşğu və sevinclə qeyd etdiyini və əllərində Azərbaycan bayraqları ilə qələbə sevincini bir-biriləri ilə bölüşdüyünü bildirir. Jurnalist 24 min tamaşaçının canlı, 125 milyon tamaşaçının isə televiziya ekranlarından izlədiyi bu müsabiqədəki qalibiyyəti Azərbaycanın beynəlxalq aləmdə tanınması baxımından son illər ölkəmizin əldə etdiyi möhtəşəm uğurlardan biri kimi səciyyələndirir. Cim Klensi Azərbaycanın gələn il ev sahibliyi edəcəyi "Avroviziya 2012" beynəlxalq mahnı müsabiqəsinə hazırlıqla bağlı ölkədə ciddi işlərin görüldüyünü deyir. Onun sözlərinə görə, Azərbaycanın paytaxtında "Avroviziya 2012" mahnı müsabiqəsinin keçiriləcəyi və təxminən 25 min tamaşaçı tutumuna malik olacaq möhtəşəm "Baku Crystal Hall" kompleksi tikilir.

Sonda Cim Klensi "Avroviziya 2012" mahnı müsabiqəsində Azərbaycanın hansı mahnı ilə təmsil olunacağı ilə bağlı Eldar Qasımovun fikirlərini soruşur. Gənc müğənni isə öz növbəsində həmin mahnının Azərbaycanın zəngin ənənələri özündə tərənnüm edəcəyini və bir daha hər kəsi müsabiqəsini izləmək üçün Bakıya dəvət etdiyini bildirir.

Cim Klensi qeyd edir ki, o ilk dəfə Bakıya 91- ci illin sentyabrında gəlib və son 20-ildə Azərbaycan xüsusilə paytaxt Bakı inanılmaz dərəcədə dəyişib. Keçmişə nəzər salan Klensi komunistlərin o zaman seçkiyə hazırlaşdığı bir məqamda xalqımızın Sovet İttifaqından ayrılaraq öz müstəqilliyini elan etdiyini, Moskavanın təzyiqlərinə baxmayaraq  öz qərarlarımızda qətiyyətlə irəli getdiyimizi vurğulayıb. Cim Klensi  o zaman baş verən hadisələri canlı olaraq müşahidə etmiş 100-dən çox ölkəni gəzən və dünyaca məşhur “National Geographic”, “Times”, “News Week” və s. kimi nəşrlərin foto jurnalisti Rəza ilə 90- cı illərin əvvələrində Azərbaycanda baş verən hadisələrdən danışıb. Fotojurnalist sovet ordusunun Bakıya girdiyini, tankların insanların üzərindən keçdiyini və yüzlərlə vətəndaşı qətlə yetirdiyini qeyd edib. Bakı Sovet İttifaqına qarşı etiraz nümayişlərinin  keçirildiyi  ilk şəhərlərdəndir. Bu hadisələrdən sonra  Erməni qoşunları sovet ordusu və digər ölkələrin köməyi ilə Dağlıq Qarabağı işğal etməyə başladı və 92- ci ildə Xocalıda dəhşətli qətliyamı həyata keçirdilər. Ermənilər havadarlarının köməyilə  Dağıl Qarabağ da daxil olmaqla Azərbaycanın 20 % ərazisini işğal etdilər. Bu münaqişə nəticəsində ölkədə bir milyon qaçqın və məcburi köçkün yarandı və onların yaşayış durumu olduqca pis vəziyyətdə idi.

O vaxtdan bəri  Bakı çox dəyişib. Müəllif süjetdə Azərbaycanın möhtəşəm landşaftı, dadlı mətbəxi  və zəngin mədəniyyətinə də yer ayırıb.