Bölgələr

Bu il Qubada daha 4 kəndə təbii qaz veriləcək

15-01-2019 | 14:07        

  

Ötən ilin uğurları sırasında ölkə üzrə qazlaşma səviyyəsinin 95 faizə çatdırılması da var. Dövlət başçısının gösrətişinə əsasən ucqar və çətin relyefi olan kəndlərə belə qaz xətləri çəkilib. Quba rayonunun Ərməki kəndi də onlardan biridir. Kəndə təbii qazın verilməsi hər evə rahatlıq gətirib, sakinləri əziyyətdən və artıq xərcdən xilas edib. Bölgəyə qışda gələn turustlərin də sayı artıb.  

Məhsim Abdullayev Quba rayonunun Ərməki kənd sakinidir. Razılığının səbəbi ötən il kəndə təbii qazın verilməsidir. Deyir ki, kəndə “mavi yanacağ”ın verilişi bütün kənd sakinlərinin sevincinə səbəb olub. İlk qışdır ki, evlərini təbii qazla qızdırırlar. Artıq əvvəlki problemlərlə üzləşmirlər. Odun tədarükündən, istilik üçün müxtəlif variantlar axtarmaqdan xilas olublar. Xüsusın də qadınların işi yüngülləşib.

Kəndin qazlaşdırılması sakinlərin sosial problemlərinin həlli ilə yanaşı ekologiyanın qorunmasına da müsbət təsir göstərib. Eyni zamanda kəndin iqrisadi inkişafının da təmin olunmasına zəmin yaradıb. Turizm obyektlərinin fəaliyyəti artıb. İndi ilin bütün fəsillərində burada turistlərə rast gəlmək mümkündür.

143 abonenti olan Ərməki kəndinin qazlaşdırılması zamanı hər evdə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Bu isə qaz sərfiyyatını tənzimləməyə də imkan verir. Ərməki kəndi də daxil olmaqla indiyə qədər

Quba rayonunun 63 yaşayış məntəqəsi qazlaşdırılıb. Son iki ildə 8 kəndə mavi yanacaq verilib. Hazırda rayon əhalisinin 77 faizindən çoxu təbii qazdan istiadə edir. Bu il daha 4 kənd qazlaşdırılacaq.  

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR