Mədəniyyət

İçərişəhərin mühafizəsinin gücləndirilməsini nəzərdə tutan Əsasnamə təsdiq edilib

18-11-2011 | 12:09        

  

Nazirlər Kabineti  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə  zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnaməni təsdiq edib. Məqsəd YUNESKO-nun Dünya İrs Siyahısına daxil olunan İçərişəhərin tarixi-mədəni irsinin mühafizəsini təmin etməkdir.

Əsasnamə ilk növbədə ərazinin şəhərsalma və təsərrüfat fəaliyyəti üçün istifadəsini məhdudlaşdırır.  Bununla, həmçinin Qoruq ərazisində yerləşən abidələrin bədii-estetik görkəmi, onların təhlükəsizliyi, funksional təyinatı və uzunömürlülüyü qorunub saxlanılacaq. Əsasnaməyə əsasən mühafizə zonasında hər hansı tikinti-inşaat işlərinin aparılması mütləq İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə razılaşdırlmalıdır.

Mühafizə zonasında torpaq işləri və mühəndis-kommunikasiya xətlərinin çəkilişi Qoruğun mövcud qala divarlarından ən azı üç metr məsafə gözlənilməklə aparılmalıdır.  Əyər  Zonada  inşaat-təmir işləri aparan fiziki və hüquqi şəxslər arxeoloji tapıntı, yaxud abidə aşkar edərsə, işləri dərhal dayandırmalı, bu barədə aidiyyatı qurumlara məlumat verməlidirlər. Bu halda görülməsi nəzərdə tutulmuş işlər Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyi əsasında Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə davam etdirilə bilər. Zonada vaxtaşırı   monitorinqlər də təşkil olunacaq. Bu  zaman  həyata keçirilən işlərin layihəyə, yaxud razılıqda göstərilən tələblərə uyğun aparıldığı yoxlanılacaq. Hər hansı qanun pozuntusu aşkar edildikdə    işlərin dərhal dayandırılması üçün İdarə müvafiq dövlət orqanları qarşısında məsələ qaldıra bilər.  Əsasnaməyə əsasən zonanın hüdudları daxilində yerləşən torpaq sahəsi dövlət mülkiyyətinə daxildir. Onun bələdiyyəyə və ya xüsusi mülkiyyətə verilməsi isə qanunazidd hesab edilir. Qeyd edək ki, İçərişəhərin mühafizə bufer zonası qədimşəhərin ətrafında yerləşən Neftçilər prospekti, Əziz Əliyev və İstiqlaliyyət küçələrində məhdudlaşır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (28.09.2016) :
Yağış Gecə : +15+17 | Gündüz: +20+22
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5966 | Satış: 1.6944

Rubl:
Alış: 0.0245 | Satış: 0.0265

Avro:
Alış: 1.7862 | Satış: 1.9053
AzTV TƏQDİM EDİR