Bölgələr

Yaxın vaxtlarda Azərbaycanda yetişdirilən nar sortlarının sayı 70-ə çatdırılacaq

14-01-2019 | 14:07        

  

Yaxın vaxtlarda Azərbaycanda yetişdirilən nar sortlarının sayı 70 çatdırılacaq. Yerli istehsalı stimullaşdırmaq və ixrac potensialını artırmaq məqsədi ilə həyata keçirilən layihənin icrası hesabına ölkəmizdə yetişdirilən nar sortlarının sayı 3 dəfədən çox artacaq.

Narçılıq Azərbaycanda ən qədim bağçılıq sahələrindən biri olub. Ötən əsrin 70-80-ci illərində Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə bu sahə xüsusi inkişaf dövrü keçib. O zaman Azərbaycanda 70-ə yaxın nar sortu mövcud idi. Bu sortlardan alınan nar və nar məhsulları keçmiş SSRİ-də geniş şöhrət qazanmışdı. Lakin ötən əsrin 90-cı illərində nadir nar sortlarının bir çoxu məhv edildi. Hazırda bu sahə xüsusi dövlət qayğısı ilə əhatə olunub. Regionlarda yeni nar bağları salınır, əvvəlki nar bağları bərpa edilir, məhsulların xarici bazara daha çox həcmdə çıxarılması üçün davamlı tədbirlər həyata keçirilir. 2016-cı ildə respublikamızda 22 min hektardan artıq nar bağları var idi. 2017-ci ildə isə bu göstərici daha 5 min hektar artırılıb. Bunun nəticəsində 160 min ton nar istehsal edilib. 10 min tona yaxın məhsul ixrac olunub. 2018-ci ildə də yeni nar bağları salınıb. İlkin hesabalamalara görə ötən il bağlardan 200 min tona yaxın nar toplanıb. Bunun da xeyli hissəsi ixrac yönümlüdür. Narçılığın inkişafı üçün  dövlət dəstəyi ilə yanaşı sahibkarlar tərəfindən də  innovativ tədbirlər reallaşdırılır. Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosasiyası Kənd Təsərrüfatı Nazirliyi ilə birgə yeni layihəyə başlayıb. Layihənin məqsədi məhv olmuş 50-ə yaxın nar sortunun yenidən bərpasıdır.

Azərbaycan narına Avropada və uzaq Amerikada da böyük maraq var. Təkcə bir faktı deyək ki, ötən il Kolumbiya respublikasına 8 mindən artıq nar tingi ixrac edilib. Bundan əlavə Avropa bazarlarına keyfiyyətli və rəqabət qabiliyyətli nar məhsullarının ixracı istiqamətində dövlət qurumları ilə yanaşı  Azərbaycan Nar İstehsalçıları və İxracaatçıları Asossiyasiyası da sahibkarlar və fermerlər üçün treyninqlər təşkil edir.Bu treyninqi uğurla keçən nar istehsalçıları Avropa bazarına çıxış üçün xüsusi sertifikatlar alacaq.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR