Siyasət

MDB Müdafiə Nazirləri Şurasının 61-ci iclası başa çatıb

18-11-2011 | 11:00        

  

Almatıda MDB Müdafiə Nazirləri Şurasının  61-ci iclası başa çatıb. İclasda şuranın işçi orqanlarının 2011-ci ildəki fəaliyyəti, 2012-ci il üçün iş planı, ümumilikdə 20-dən çox məsələ müzakirə edilib. Bununla yanaşı,  hərbi sahədə inteqrasiya, hərbi əhəmiyyətli birgə sistemlərin yaradılması və təkmilləşdirilməsi, hərbi-texniki sahədə əməkdaşlığın gücləndirilməsi, elmi və elmi-pedaqoji kadrların hazırlanması məsələlərinə baxılıb. Uçuşların təhlükəsizliyi, hərbi aviasiya texnikasının etibarlılığı, silahlı qüvvələr üçün hərbi kadrların hazırlanması məsələləri müzakirə obyekti olub. İclas çərçivəsində 1941-1945-ci illər Böyük Vətən Müharibəsində iştirak edən xalqların qəhrəmanlığı və şücaətini əbədiləşdirmək məqsədi ilə Müdafiə Nazirləri Şurasının yanında Hərbi-memorial komitənin fəaliyyətinin gücləndirilməsi qərara alınıb. İclasın yekununda şuranın 20 illiyi ilə bağlı iclasın 2012-ci ilin fevralında keçirilməsi haqda birgə Bəyannamə qəbul edilib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (28.09.2016) :
Yağış Gecə : +15+17 | Gündüz: +20+22
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5966 | Satış: 1.6944

Rubl:
Alış: 0.0245 | Satış: 0.0265

Avro:
Alış: 1.7862 | Satış: 1.9053
AzTV TƏQDİM EDİR