İqtisadiyyat

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsinin həcminə görə yeni rekord müəyyənləşdirib

11-01-2019 | 12:44        

  

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsinin həcminə görə yeni rekord müəyyənləşdirib. Ötən il ərzində hava limanı ümumilikdə 4 milyon 430 min sərnişinə xidmət edib. Bu isə 2017-ci ilin göstəricisindən 9 faiz çoxdur.

Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuş coğrafiyasının genişlənməsi, göstərilən xidmətlərin sayı və keyfiyyətinin daha da artırılması ölkəmizə gələn turistlər üçün də geniş imkan yaradır. Bu isə turizmin inkişafı istiqamətində görülən işlərə töhfə verir. 2018-ci il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunun baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” ilə müvafiq olaraq 1,89 milyon və 442 min sərnişin daşınıb. Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsinin həcminə görə yeni rekord müəyyənləşdirib. Ötən il ərzində hava limanı ümumilikdə 4 milyon 430 min sərnişinə xidmət edib. Beynəlxalq reyslərlə ümumilikdə 3,81 milyon sərnişin, regional reyslərlə isə 620 min sərnişin daşınıb. 2018-ci ildə İstanbul, Moskva, Dubay, Kiyev, Şarja, Tehran, Bağdad, Tbilisi, Doha və Təl-Əviv beynəlxalq istiqamətlərin ən populyar onluğuna daxil olub. Bu istiqamətlər üzrə 2,7 milyon sərnişin istifadə edib. Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportuna ümumilikdə 36 xarici sərnişin aviaşirkəti müntəzəm uçuş həyata keçirib. Hava limanı sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur. 2017-ci və 2018-ci illərdə hava limanı həmçinin ardıcıl olaraq ikinci il Rusiya və MDB ölkələrinin bütün aeroportları arasında göstərilən xidmət səviyyəsinə görə “Skytrax World Airport Awards” versiyasına görə, ən yaxşılar siyahısına başçılıq edib, həmçinin maksimal “5 Ulduz” statusuna layiq görülüb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (25.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR