Mədəniyyət

İtaliyanın “Si-Viaggia” portalında “Azərbaycanda özünüzü evinizdəki kimin hiss edin: Nə üçün ora səyahət etməyə dəyər” adlı məqalə dərc olunub

11-01-2019 | 10:52        

  

İtaliyanın məşhur “Si-Viaggia” turizm portalında “Azərbaycanda özünüzü evinizdəki kimin hiss edin: Nə üçün ora səyahət etməyə dəyər” sərlöhvəli məqalə dərc olunub. Yazıda ölkəmizin  zəngin tarixindən, mədəni irsindən, təbiətinin müxtəlifliyindən, xalqımızın qonaqpərvərliyindən, yaradılan müasir turizm infrastrukturlarından və Azərbaycan - italyan xalqlarının oxşar xüsusiyyətlərindən danışılır. Qeyd olunur ki, 2019-cu ildə Azərbaycanda turistlər üçün maraq kəsb edən tədbirlər sırasında Bakıda UEFA Avropa Liqasının final oyununu, Formula 1 yarışlarını, eləcə də paytaxt və bölgələrdə keçiriləcək müxtəlif tədbirləri göstərmək olar. İtaliyalı oxuçulara İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, Heydər Əliyev Mərkəzi, “Alov qüllələri”, Xalça Muzeyi, Qobustan, Yanardağ, Atəşgah, habelə ölkəmizin müxtəlif bölgələrindəki turizm imkanları barədə məlumat verib.  Yazıda məşhur venesiyalı səyyah Marko Polonun Bakı haqqında xatırələrinə də toxunulur. Məqalə İtaliyanın tanınmış “Virgilio.it” və “Libero.it” axtarış portallarının da marağına səbəb olub və onların əsas səhifələrində “Azərbaycan niyə 2019-cu ildə ən yaxşı turizm istiqamətidir” sərlövhəsi ilə müsahibəyə keçid yerləşdirilib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.01.2019) :
Sulu qar Gecə : +2+4 | Gündüz: +4+6
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR