Siyasət

“ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaradılmış imkanlardan istifadə edəcək”

11-01-2019 | 09:21        

  

“ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaradılmış imkanlardan istifadə edəcək”. ATƏT-in hazırkı sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Vyanada keçirilən brifinqdə belə deyib. Bildirib ki, ATƏT regionunda və ümumiyyətlə, dünyada əsas problemlər daha çox əməkdaşlıq və dialoq aparılmasını tələb edir. “Slovakiya 2019-cu ildə ATƏT-də sədrliyi zamanı tərəfdaş və vasitəçi rolunda ədalətli olmaq istəyir. Biz diqqətimizi münaqişələrin həllində vasitəçilik və münaqişələrin qarşısının alınması, həmçinin onların insanlara təsiri məsələlərinə cəmləyəcəyik”.