Mədəniyyət

Kulinarlarımız daha bir uğur qazanıblar

17-11-2011 | 17:09        

  

Kulinarlarımız yenə vətənə uğur qazanaraq dönüblər. Azərbaycan aşbazları Ukrayna və Moldovada keçirilən yarışmada qızıl və gümüş medal qazanıblar.

Moldovada keçirilən kulinariya çempionatında 10 ölkənin aşbazları ilə yanaşı yarışan Azərbaycan təmsilçiləri  14 fərdi və 2 komanda yarışında mübarizə aparıblar. Nəticədə isə 4 qızıl, 5 gümüş və 7 bürünüc medal qazanıblar.  Kulinarlarımız Ukrayna  səfərindən də əliboş qayıtmayıblar.  Kiyevdə 11 ölkənin təmsilçisinin qatıldığı  yarışmada komandamız  2 qızıl, 3 gümüş və 1 bürünc medal əldə edib.

Kulinarlarımızın bu uğuru onlara Kiyev Milli İqtisad –Ticarət Universitetində güzəştli təhsil almaq imkanı da qazandırıb.