Mədəniyyət

“Qaya” qrupunun 50 illiyinə həsr olunan konsert olacaq

17-11-2011 | 15:29        

  

Noyabrın 18-də “Qaya” qrupunun 50 illiyinə həsr olunan konsert olacaq. Bu gün mətbuat konfransında bir araya gələn qrupun keçmiş üzvləri Rauf Babayev və Teymur Mirzəyev “Qaya”nın fəaliyyəti ilə bağlı xatirələrini  bölüşüblər. Bu konserti çoxdan gözlədiklərini deyən keçmiş  solistlər təssüflə  bildiriblər ki,  qrupun keçmiş  üzvlərindən olan və  hazırda ABŞ-da yaşayan   Lev Yelisavetski səhhətində yaranan problemlərə görə gecəyə qatıla bilməyəcək. Konsertin rejissoru Cavid İmamverdiyev isə məlumat verib ki, konsertdə xaricdən dəvət edilmiş müğənnilərlə yanaşı, yerli ifaçılar da iştirak edəcək. Yubiley Konserti isə Heydər Əliyev Sarayında baş tutacaq.