Cəmiyyət

“Moskovski komsomolets” qəzetində “Bakıya Londondan baxış” sərlövhəli məqalə dərc olunub

17-11-2011 | 10:22        

  

Rusiyanın nüfuzlu “Moskovski komsomolets” qəzetində “Bakıya Londondan baxış” sərlövhəli məqalə dərc olunub. Məqalədə bir neçə gün əvvəl Moskvadakı “Multmedia Art Muzey”də “Baku” jurnalının ingilisdilli “Baku İnternational” versiyasının birinci nömrəsinin təqdimatından bəhs edilir. Qəzet yazır ki, “Baku İnternational”, “Vogue”, “GQ” və “Glamour” kimi məşhur jurnalların naşiri olan Böyük Britaniyanın “Gonde Nast” nəşriyyat evində çap olunur. Məqalədə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla xanım Əliyevanın və “Conde Nast” nəşriyyat evinin baş direktoru Albert Ridin təqdimat mərasimində söylədikləri nitqlərindən sitatlar gətirilib. Müəllif bildirir ki, “Baku” jurnalının məqsədi Azərbaycanı dünyaya daha çox tanıtmaqdır. Məqalə də  “Natiq ritm qrupu” nağaraçılar ansamblından da söhbət açılır.