Siyasət

Azərbaycan ilə Rusiya arasında Xəzərin statusuna dair ikitərəfli məsləhətləşmələr keçirilib

17-11-2011 | 10:17        

  

Xarici İşlər Nazirliyində  Azərbaycan ilə Rusiya arasında Xəzərin statusuna dair ikitərəfli məsləhətləşmələr keçirilib. Görüşdə  xarici işlər nazirinin müavini Xələf Xələfov və Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Aleksandr Qolovinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib. Müzakirə zamanı ötən  il noyabrın 18-də Bakıda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü zirvə görüşündə qəbul olunan sənədlərin icrası ilə əlaqədar bir sıra məsələlər müzakirə edilib. Eləcə də, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin qarşılıqlı maraq kəsb edən müddəaları ilə bağlı fikir mübadiləsi aparılıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (28.09.2016) :
Yağış Gecə : +15+17 | Gündüz: +20+22
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5966 | Satış: 1.6944

Rubl:
Alış: 0.0245 | Satış: 0.0265

Avro:
Alış: 1.7862 | Satış: 1.9053
AzTV TƏQDİM EDİR