Siyasət

Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun iclası keçirilib

17-11-2011 | 10:01        

  

Azərbaycanın Kanadadakı səfirliyinin yaydığı məlumata görə, yeni çağırış Kanada parlamentinin üzvlərinin iştirakı ilə Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun iclası keçirilib. Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu 2006-cı ildən fəaliyyət göstərir və bu görüş 2011-ci ilin mayında Kanadada keçirilən növbədənkənar parlament seçkilərindən sonra qrupun ilk iclasıdır. İclasda hakim Mühafizəkarlar Partiyasının üzvü Barri Devolin Dostluq Qrupunun yeni sədri seçilib. Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev çıxışında parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərin inkişafı üçün faydalı olacağını vurğulayıb və Azərbaycan ilə Kanada arasında siyasi, iqtisadi və mədəniyyət sahələrində əlaqələrin dərinləşdirilməsinin vacibliyini qeyd edib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (06.12.2016) :
Qar Gecə : 1+3 | Gündüz: +3+5
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.733 | Satış: 1.803

Rubl:
Alış: 0.0259 | Satış: 0.0281

Avro:
Alış: 1.784 | Satış: 1.9029
AzTV TƏQDİM EDİR