Siyasət

Mərakeşin xarici işlər və əməkdaşlıq naziri yanında dövlət katibi Milli Məclisdə olub

16-11-2011 | 18:35        

  

 

Tarixi köklərə əsaslanan Azərbaycanla Mərakeşin ikitərəfli münasibətlərinin inkişafı ölkələrimiz üçün xüsusi önəm daşıyır. Bunu Mərakeşin Xarici İşlər və Əməkdaşlıq naziri yanında Dövlət katibi Lətifə Axarbaş Milli Məclis sədrinin birinci  müavini Ziyafət Əsgərovla keçirdiyi görüşdə deyib.

Dövlət başçılarının uğurlu siyasəti nəticəsində Azərbaycanla Mərakeş arasında yaxşı dostluq münasibətləri mövcuddur. Bu dostluq ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığına yaxşı zəmin yaradır deyən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov inkişaf edən parlamentlərarası əlaqələrdən danışıb. Əlavə edib ki, əməkdaşlıq üçün ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən sənədlər imzalanıb. Ölkələrimizin ikitərəfli münasibətlərini yüksək qiymətləndirən Mərakeşin Xarici İşlər və Əməkdaşlıq naziri yanında Dövlət katibi Lətifə Axarbaş isə dedi ki, hər iki ölkə bütün sahələrdə o cümlədən Beynəlxalq hüquq sahəsində yeni müqavilələrin imzalanmasında  maraqlıdır. Son dövrlər iki ölkə arasında əməkdaşlığının inkişafı isə xalqlarımızın münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Qonaq Mərakeşin beynəlxalq qurumlarda Azərbaycana göstərdiyi dəstəyin bundan sonra davam edəcəyini bildirib.