Cəmiyyət

Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi üçün 50 milyon dollar məbləğində kredit ayrılır

16-11-2011 | 16:52        

  

Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi üçün 50 milyon dollar məbləğində Beynəlxalq İnkişaf və Yenidənqurma Bankının krediti üzrə saziş imzalanıb. Kredit sazişini Baş nazirin müavini, Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Dünya Bankının adından isə ölkə menecerinin səlahiyyətlərini icra edən Səidə Bağırlı imzalayıblar. Hökumət tərəfindən əlavə olunan 28,5 mln dollar da nəzərə alınmaqla layihənin ümumi dəyəri 78,5 mln dollar təşkil edəcək. Əli Hsənov qeyd edib ki, layihənin məqsədi məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və onların iqtisadi özünə güvən hissinin yüksəldilməsidir. Dünya Bankı ilə birgə hazırlanan yeni layihə Azərbaycanda 120 mindən çox məcburi köçkünün yararlandığı layihələrin üzərində qurulacaq. Layihə ictimai binalarda yaşayan məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması və əhalinin bu qrupunun gəlirlərinin artırılması üçün davamlı işlə təmin olunmasına xidmət edəcək.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (01.10.2016) :
Buludlu Gecə : +13+15 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5927 | Satış: 1.6902

Rubl:
Alış: 0.0248 | Satış: 0.0268

Avro:
Alış: 1.7794 | Satış: 1.898
AzTV TƏQDİM EDİR