Cəmiyyət

Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifaiyə Turizm İnstitutunun “Fəxri doktoru” adı verilib.

16-11-2011 | 16:34        

  

Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifaiyə Turizm İnstitutunun “Fəxri doktoru” adı verilib. Bu münasibətlə keçirilən mərasimdə çıxış edən  rektor Cəfər Cəfərov bildirib ki, İnstitutun Elmi Şurasında Ümumdünya Turizm Təşkilatının baş katibi Talib Rifainin fəxri doktor adına layiq görülməsi barədə qərar qəbul edilib. Rektor, baş katibin İnstitutun ilk fəxri doktoru olduğunu vurğulayıb. Sonra qonağa Turizm İnstitutunun diplom və döş nişanı təqdim edilib. Rifai isə Azərbaycan Turizm İnstitutunun fəxri doktoru adına layiq görülməsindən böyük qürur duyduğunu bildirib.

Taleb Rifai: “Azərbaycan son 5–6 il ərzində böyük yüksəliş əldə edib. Turizm sahəsində xüsusilə inkişaf var və Azərbaycan əksər ölkələr üçün nümunə ola bilər. Təkcə 2011-ci ildə Azərbaycanın turizim sahəsindəki inkişafı təxminən 15 faiz artıb. Bu isə böyük göstəricidir. Azərbaycan prezidenti tərəfindən 2011-ci ilin turizm ili elan olunması, ölkədə bu sahəyə diqqət və qayğıdan xəbər verir.”

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (06.12.2016) :
Qar Gecə : 1+3 | Gündüz: +3+5
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.733 | Satış: 1.803

Rubl:
Alış: 0.0259 | Satış: 0.0281

Avro:
Alış: 1.784 | Satış: 1.9029
AzTV TƏQDİM EDİR