Cəmiyyət

Müstəqil Azərbaycanda dini təhsil mövzusunda konfrans keçirilib

16-11-2011 | 16:30        

  

Noyabrın 16-da Dini Qrumlarla İş üzrə Dövlət Komitəsi Bakı Dövlət Universiteti ilə birgə “Müstəqil Azərbaycanda dini təhsil” mövzusunda konfrans keçirib.

Konfrasda Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov vaxtilə ümummilli lider Heydər Əlievin İlahiyyat fakultəsinə göstərdiyi diqqət və qayğıdan danışıb. Bu sahədə elmi müstəvidə görülən işlərin əhəmiyyətini vurğulayıb. Bildirib ki, təhsil sahəsində islahatlar bu gün də müvəffəqiyyətlə həyata keçirilir. Dövlət və din münasibətlərindən danışan Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov  Azərbaycanda insanların  dini azadlıq  hüquqlarının  təmin edildiyini, dini  və milli tolerantlığın dünyaya nümunə kimi  dəyərləndirib. Tarixi-dini abidələrimizin qorunması  və onların Azərbaycan  ənənələrinə  uyğun   təmir və bərpasının həyata keçirildiyini söyləyib. İlahiyyat fakultəsinin dekanı, akademik Vasim Məmmədəliyev  konfransda Bakı Dövlət Universitetində İlahiyyat fakultəsinin yaradılmasını  müstəqilliyimizin əsas nailiyyətlərindən biri kimi  qiymətləndirib. Bildirib ki, Bakı Dövlət Universitetinin  İlahiyyat fakültəsini indiyədək 598 nəfər bitirib. Bu müddət ərzində fakultə məzunlarından 30 nəfəri ilahiyyat üzrə fəlsəfə doktotu elmi dərəcəsi alıb. Hazırda fakultənin  6 əməkdaşı Londonda  təcrübə mübadiləsi keçir.  Müxtəlif mövzulu məruzələrdən sonra iİslamşünaslığın  tarixi və təbliği  istiqamətində görülən işlər təhlil olunub. İlahiyyat fakultəsində tədrisin keyfiyyəti və aparılan islahatlar müzakirə mövzusu olub.