Siyasət

Aİ-nın xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi K.Eştonun başçılıq etdiyi nümayəndə heyəti Baş nazir Artur Rasizadə ilə görüşüb

16-11-2011 | 12:27        

  

 Azərbaycana rəsmi səfərə gələn Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eştonun başçılıq etdiyi nümayəndə heyəti Baş nazir Artur Rasizadə ilə görüşüb.

Baş nazir Artur Rasizadə Azərbaycanla Avropa İttifaqı və digər beynəlxalq qurumlar arasında müxtəlif sahələrdə əlaqələrin yüksək səviyyədə inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Azərbaycanın Avropa İttifaqı ilə iqtisadi-siyasi sahədə birgə əməkdaşlığa daim önəm verdiyini bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Artur Rasizadə bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü vurğulayıb. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton isə münaqişənin sülh yolu ilə həlli məsələsində təmsil etdiyi qurumun Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib. Qonaq Azərbaycana səfərdən məmnun qaldığını ifadə edib.