İqtisadiyyat

“Xəzər enerjisinin Avropa perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

16-11-2011 | 12:17        

  

Bakıda “Xəzər enerjisinin Avropa perspektivləri” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda yerli ekspertlərlə yanaşı, ABŞ, Rusiya, Türkiyə və digər Avropa ölkələrinin mütəxəssisləri iştirak edib.

 “Xəzər enerjisinin Avropa perspektivləri” adlı beynəlxalq konfransın keçirilməsində məqsəd Xəzərin enerji layihələrinin inkişafına kompleks nəzər yetirmək və regionda Azərbaycanın mövqeyini təhlil etməkdir. Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva bildirib ki, bu konfrans enerji təminatı barədə fikir mübadiləsi nəticəsində regionda əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək. Azərbaycanın  enerji siyasətindən söz acan Dövlət Neft Şirkəti prezidentinin müşaviri Murad Heydərov Avropanın enerji təhlükəsizliyi sistemində Azərbaycanın xüsusi rolundan danışıb. Konfransda həll olunmamış münaqişələrin qlobal təhlükəsizliyə təsiri, Xəzər-Cənubi Qafqaz regionunun müasir geosiyasi durumu, ölkəyə yeni sərmayələrin cəlb olunması, regional və işgüzar əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı məsələləri müzakirə edilib.