Siyasət

Fransada “Sarı gödəkçəli”lər adı ilə keçirilən aksiyalar bütün ölkəni silkələyib

10-12-2018 | 13:45        

  

Bir aya yaxındır ki, Fransada “Sarı gödəkçəli”lər adı ilə keçirilən aksiyalar bütün ölkəni silkələyib. Qarşıdurmalar, çaxnaşmalar, ölüm və yaralılar. Günlərdir ki, dünya Fransada baş verən bu dəhşət səhnələrini izləyir. Paris başda olmaqla, bütün Fransa əsl döyüş meydanını xatırladır.

Əslində hər şey çox sadə başlamışdı. KİV-dəki məlumatlarda ölkədə həmişəki kimi hökumətin gələn ilki büdcədə hansısa artımlara gedəcəyi öz əksini tapmışdı. Səhərisi, yəni, 2018-ci il noyabrın ayının 28-də gözlənilmədən bir qurp şəxs əyinlərinə sarı rəngdə olan gödəkçə geyinib, küçəyə çıxıb və prezident Makrona, onun hökumətinə öz etirazını bildirdi. Sizin siyasətinizdən razı deyilik deyən bu bir qrup insanı demək olar ki, hökumətdə heç kim ciddiyə almadı. Çünki, nə prezident Makron, nə baş nazir Eduard Filip kiçk bir aksiyanın bütün ölkəni bürüyəcəyini ağıllarına belə gətirmirdilər. Ancaq bu, baş verdi. Hər aksiya digərindən daha şiddətli olması ilə fərqləndi. Paris başda olmaqla bütün Fransa əsl döyüş meydanını xatırlatdı. Diqqət edin Fransanın Daxili İşlər naziri Kristof Kastaner həmin olayları şərh edərkən nələr deyir:

Əgər fikir verdinizsə, fransalı nazir öz nitqində “uzaqdan gəlmiş qəddar nifrət” ifadəsini işlədir. Bununla Kastaner nəyə işarə edirdi? Sualını bu gün Fransada bir-birinə verməyən kimsə tapılmaz. Bəli, Kastaner onu demək istəyirdi ki, bu ssenarilər Fransa xaricində hazırlanıb. Bu məqamda hətta bəzi rəsmilər “Sarı gödəkçəli”lərin dövlət çevrilişi edə biləcəyinə də açıq işarə vurur, bəziləri isə bunu Fransanın azadlığına qarşı yönəldilmiş ssenari kimi qiymətləndirirlər. Fransız ekspertlər bu hadisələri daha çox son zamanlarda Avropa ordusu, Avropa məkanının siyasi-iqtisadi müstəqilliyinin gücləndirilməsi, Avropa sərhədlərinin qorunması məsələlərində göstərilən təşəbbüslərin beşiyindəcə boğulmasını hədəf götürmüş addımlar kimi də xarakterizə edirlər. Bəziləri isə ümumiyyətlə, “sarı gödəkçəlilərin” Soros fondu tərəfindən hər mənada idarə olunduğu qənaətindədirlər. Beləliklə, adı nə qoyulursa, qoyulsun fakt olan budur ki, dünyanın və Avropanın ən gözəl şəhərlərindən sayılan, adının etmologiyasında cənnət sözü olan Paris indi əsl faktiki anarxiyanın hökm sürdüyü məkanı xatırladır.

Dağıdılmış mağazalar, xətər yetirilmiş tarixi abidələr, yandırılmış maşınlar və divarlara yazılmış inqilabi şüarlar. “Makron diktator”, “Makron yeni il görməyəcəksən”, “Makron istefa”, “respublika məhv oldu”, “məhşur egalite, fraternite, liberte, yəni, qardaşlıq, bərabərlik, azadlıq bitdi” kimi şüarlar onu göstərir ki, fransız xalqı narazıdır. Özü də bu narazılıq təkcə daxili siyasi-iqtisadi-sosial mahiyyətli deyil, burada şübhəsiz ki, ölkənin xarici siyasətində buraxılan kobud səhvlərin olması əvvəldə vurğuladığımız məqamlar daxil olmaqla hər istiqamətdə yer alır. Bu fikri  yenidən siyasətə qayıtmağa məcdur ola biləcəyini bəyan edən sabiq prezident Nikola Sarkozinin  verdiyi bəyanat da təsdiqləyir. Makronun siyasətini sərt tənqid edən Sarkozi bu siyasətin kökündən yanlış olduğunu və bütün təbəqələrin maraqlarını ifadə etmədiyini deyib. Bütün bunlar azmış kimi xalqın narazılığı yenə də görməzdən gəlinir. Məsələn: Paytaxtın respublika prokuroru Remi Heytz bəyan edib ki, asayişi pozanlara qarşı sərt tədbirlər davam etdiriləcək.

Qeyd edək ki, hazırda Fransada Emmanuel Makronun reytinqi kəskin şəkildə aşağı düşüb. Beləliklə, maraqla gözlənilir ki, prezident Makron xalqa müraciətində nə deyəcək?

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.01.2019) :
Sulu qar Gecə : +2+4 | Gündüz: +4+6
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR