Siyasət

Ələt azad iqtisadi zonası ilə bağlı qanun layihələri Milli Məclisin komitələrində müzakirə olunub

07-12-2018 | 13:15        

  

Ələt azad iqtisadi zonası ilə bağlı qanun layihələri Milli Məclisin Aqrar siyasət, eləcə Əmək və sosial siyasət komitələrində müzakirə olunub.

Ələt azad iqtisadi zonasında torpaqların icarəyə verilməsi və icarə münasibətləri “Ələt azad iqtisadi zonası haqqında” qanunun tələblərinə uyğun tənzimlənməlidir. Bunu deyən Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri Eldar İbrahimov məsələ ilə bağlı 4 qanun layihəsinin müzakirə edildiyini dedi. Onun sözlərinə görə, buraya torpaq icarəsi, torpaqların dövlət ehtiyacları üçün alınması, Torpaq məcəlləsində dəyişiklik və kənd təsərrüfatında sığortanın situmullaşdırılması haqqında qanun layihələri daxildir. O da bildirildi ki, Ələt azad iqtisadi zonasında tətbiq edləcək qaydalar digər ərazilərə aid deyil.  Çünki bura xüsusi zona olduğu üçün müstəsna qanunlara ehtiyac var. Millət vəkilləri də mühüm iqtisadi islahatlar aparan Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya etdiyini və Ələt azad iqtisadi zonasının da buna əyani sübut olduğunu vurğuladılar.  Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edildi. Ələt azad iqtisadi zonası ilə bağlı qanun layihələri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında da müzakirə olundu. Komitənin sədri Hadı Rəcəbli dedi ki, “Sosial sığorta haqqında” qanunda nəzərdə tutulan dəyişiklik “Ələt azad iqtisadi zonası haqqında” qanuna uyğunlaşdırmaq məqsədini daşıyır. Millət vəkilləri sosial sığorta, məşğulluq, istahsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi haqqında icbari sığorta və əmək məcəlləsində dəyişikliklə bağlı qanun layihələrini müzakirə etdilər. Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin planar iclasına tövsiyə olundu.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.01.2019) :
Sulu qar Gecə : +2+4 | Gündüz: +4+6
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR