Siyasət

BMT TŞ-dakı debatlarda Dağlıq Qarabağ münaqişəsindən danışlıb

07-12-2018 | 13:13        

  

Azərbaycanın Ermənistanın işğalı altındakı ərazilərinin müstəmləkələşdirilməsi və ilhaq olunmasını təmin etmək məqsədilə qərəzli hərəkətlər törədilir. Bu isə beynəlxalq hüquq normalarının açıq-aşkar pozulması deməkdir. BMT Təhlükəsizlik Şurasındakı debatlarda beynəlxalq hüquq normalarını pozanlar barəsində tədbir görməyin vacibliyindən danışılıb.

BMT Təhlükəsizlik Şurasında münaqişələrin qarşısının alınması və nizamlanmasında dövlətlərin, regional mexanizmlərin və BMT-nin rolu məsələsinə həsr edilən açıq debatlar təşkil olunub. Azərbaycanın qurumdakı daimi nümayəndəsi Yaşar Əliyev vurğulayıb ki, münaqişələrin qarşısının alınması sülhün təmin olunmasında həlledici əhəmiyyətə malikdir. BMT ilə regional mexanizmlər arasında əməkdaşlığın möhkəmlənməsində xeyli irəliləyiş əldə edilib, lakin, hələ də ciddi problemlər qalmaqdadır. Digər dövlət tərəfindən silahlı təcavüzə, hərbi işğala və etnik təmizləmələrə məruz qalan Azərbaycanın faktiki təcrübəsi bu problemlərin aktuallığına əyani sübutdur. Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, yaranmış vəziyyətin beynəlxalq birlik tərəfindən pislənməsinə, münaqişənin nizamlanması üçün ATƏT çərçivəsində səylərin davam etdirilməsinə baxmayaraq, Dağlıq Qarabağ və Azərbaycanın bu bölgəyə bitişik 7 rayonu hələ də işğal altındadır. Həmin ərazilərin müstəmləkələşdirilməsini və ilhaq olunmasını təmin etmək məqsədilə qərəzli hərəkətlər törədilir. Bu isə beynəlxalq hüquq normalarının açıq-aşkar pozulması deməkdir. Vurğulanıb ki, beynəlxalq hüququ pozanlar hərbi işğalın nəticələrini möhkəmlətmək üçün bəzi hallarda regional mexanizmlərdən sui-istifadə edirlər. Təbii ki, BMT-nin əsas orqanları tərəfindən qəbul edilən qətnamələrə riayət olunmalıdır. Beynəlxalq təhlükəsizliyin təmin olunmasında dövlətlərin, regional, subregional və digər hökumətlərarası təşkilatların iştirakı, onların BMT ilə sıx əməkdaşlığı möhkəmləndirilməlidir. Azərbaycan bu prosesdə fəal tərəfdaş olaraq qalacaq.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.01.2019) :
Sulu qar Gecə : +2+4 | Gündüz: +4+6
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR