Cəmiyyət

“Nəsillərə əmanət” adlı anım tədbiri keçirilib

07-12-2018 | 12:46        

  

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən “Nəsillərə əmanət” adlı anım tədbiri keçirilib. Tədbirdə bildirilib ki, ulu öndər Heydər Əliyevin adı xalqımızın yaddaşına əbədi həkk olunub.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən tədbirdə YAP Nəsimi rayon təşkilatının fəal gənclərinin iştirakı ilə hazırlanan “Nəsillərə əmanət” filmi nümayiş olundu. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, YAP siyasi şurasının üzvü Asif Əsgərov ümummilli lider, müdrik şəxsiyyət Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulması və inkişafında tarixi xidmətlərindən danışıdı. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin adının xalqımızın yaddaşına əbədi həkk olduğunu, onun xatirəsinin hər zaman uca tutulduğunu dedi. Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev isə vurğuladı ki,  Heydər Əliyev Azərbaycanda sabitliyi təmin edib, milli-mənəvi dəyərlərə qayıdışın, milli özünüdərkin əsasını qoyub. Ulu öndərin adı hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani dəyərliliyi ilə unudulmaz izlər buraxıb. Millət vəkili  YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı da vurğuladı ki, ulu öndər qısa zaman kəsiyində Azərbaycanın hərtərəfli yüksəlişi üçün uzunmüddətli inkişaf strategiyasının möhkəm təməlini qoyaraq əsas istiqamətlərini müəyyənləşdirib. Tədbirdə “Xalq Heydər söyləyəcək” adlı musuquli kompozisya da  təqdim olundu.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.01.2019) :
Sulu qar Gecə : +2+4 | Gündüz: +4+6
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR