Mədəniyyət

UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında Azərbaycan növbəti uğura imza atıb

07-12-2018 | 09:10        

  

UNESCO-nun Mavriki Respublikasında keçirilən Hökumətlərarası Komitəsinin 13-cü sessiyası  ölkəmiz üçün uğurlu olub. Azərbaycan UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib. Mili kitabxanada keçirilən mətbuat konfransında bu barədə məlumat verilib.

Azərbaycanın bir sıra tarixi abidələri, eləcə də mədəniyyət nümünələri UNESCO-nun qeyri-maddi mədəni irs sıyahısına daxil edilib. BMT-nin humanitar sahə üzrə ixtisaslaşmış təşkilatı olan YUNESKO ilə Azərbaycanın əlaqələrinin inkişafı və möhkəmlənməsində Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Əliyevanın danılmaz xidmətləri var. Onun ciddi səyləri nəticəsində Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunub. Qobustan dövlət tarixi bədii qoruğu, İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı kompleksi UNESKO-nun dünya mədəni irs siyahısına, aşıq sənəti, xalçaçılıq sənəti, tar ifaçılığı və hazırlanması sənəti, eləcə də Novruz bayramı, Azərbaycan dolması, Lavaş, kəlağayı, Lahıc misgərlik sənəti, Çövkən oyunu UNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısına daxil edilib. Qurumun Mavriki Respublikasında keçirilən Hökumətlərarası Komitəsinin 13-cü sessiyası da ölkəmiz üçün uğurlu olub. Azərbaycan UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib. Bu barədə sessiyanın nəticələrinə həsr olunan mətbuat konfransında Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının Baş katibi Elnur Sultanov bildirdi. Onun sözlərinə görə, sessiyada Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ və Təcili Qorunmaya Ehtiyacı olan siyahlarına daxil edilən fayllarla bağlı 48 ölkənin milli hesabatı dinlənilib. Sessiyada Azərbaycan tərəfinin təqdim etdiyi “Çövkən-ənənəvi Qarabağ atüstü oyunu” faylı ilə bağlı milli hesabat qəbul olundu. Eyni zamanda, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiyanın Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına və Azərbaycan, Türkiyə və Qazaxıstan ilə birgə “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli nominasiyanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi. Ölkəmizlə bağlı belə müsbət qərarın qəbulu hər zaman olduğu kimi Ermənistan tərəfindən birmənalı qarşılanmadı.

Diplomat onu da dedi ki, sessiya zamanı UNESKO Katibliyi və Qvatemala höküməti Qeyri-maddi mədəni irsin qorunması istiqamətində “Etimad Fondu” vasitəsilə Azərbaycanın göstərdiyi yardıma görə öz təşəkkürlərini də bildirdi.  Sonra iştirakçılar “Azərbaycanın qeyri-maddi mədəni irsi UNESCO-da” adlı kitab sərgisi ilə tanış oldular.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.01.2019) :
Sulu qar Gecə : +2+4 | Gündüz: +4+6
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR