Siyasət

Belarus parlamenti Nümayəndələr Palatasının sədri V.Andreyçenkonun başçılıq etdiyi nümayəndə heyəti Baş nazir Artur Rasizadə ilə görüşüb

15-11-2011 | 17:19        

  

 

Azərbaycanda səfərdə olan Belarus parlamenti Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkonun başçılıq etdiyi nümayəndə heyəti Baş nazir Artur Rasizadə ilə görüşüb.  

Baş nazir Artur Rasizadə ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin yüksək səviyyədə inkişafının vacibliyini diqqətə çatdırıb. Baş nazir Azərbaycan və Belorus arasında müxtəlif sahələrdə birgə əməkdaşlıq layihələrinin olduğunu da bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Artur Rasizadə bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü diqqətə çatdırıb. Belarus parlamenti Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko  isə ölkəsinin bu münaqişənin həllində Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib. Görüşdə Azərbaycanla Belorus arasında tarixi dostluq əlaqələrinin hazırki durumu və inkişaf perspektivləri də müzakirə olunub.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (30.09.2016) :
Yağış Gecə : +13+15 | Gündüz: +18+20
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5927 | Satış: 1.6902

Rubl:
Alış: 0.0248 | Satış: 0.0268

Avro:
Alış: 1.7794 | Satış: 1.898
AzTV TƏQDİM EDİR