Cəmiyyət

Azərbaycan Dillər Universitetində elmi-praktik konfrans keçirilib

06-12-2018 | 13:46        

  

Azərbaycan Dillər Universitetində “Xarici dillərin tədrisinin aktual problemləri” adlı respublika elmi-praktik konfransı keçirilib. Ölkəmizdə təhsil sahəsinə göstərilən diqqət və qayğıdan danışan Universitetin prorektoru Əfqan Abdullayev  konfransın təşkilat komitəsinə 158 adda tezis daxil olunduğu vurğulayıb. Bu tezislər ümumilikdə 12 universitet və elmi təşkilatın payına düşür. Təhsil fakültəsinin dekanı Fikrət Cahangirov və digərləri qeyd ediblər ki, qloballaşan dünyada Azərbaycan təhsilinin dünya təhsil və elm məkanına inteqrasiyası, elmi əməkdaşlıq və ikili diplom proqramları xarici dillərin öyrənilmısini daha da aktuallaşdırır. “Azərbaycan-ingilis bilinqvizminin pedaqoji aspekti” və “İngilis dilinin tədrisində təktərkibli cümlələrin yaratdığı problemlərin aradan qaldırılması haqqında” plenar məruzələrlə davam edən konfrans dekabrın 7-dək davam edəcək.