Siyasət

Belarus parlamenti Nümayəndələr Palatasının sədri V.Andreyçenkonun başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb

15-11-2011 | 17:16        

  

 

Ölkəmizdə səfərdə olan Belarus parlamenti Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkonun başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Parlamentin sədri Azərbaycanla Belarus arasındakı qədim dostluq əlaqələrindən danışıb, müstəqilliyimizin bərpasından sonra münasibətlərimizin yeni müstəvidə inkişaf etdiyini bildirib. Oqtay Əsədov  iki ölkə arasında əlaqələrin yüksək səviyyəyə çatmasında dövlət başçılarının müstəsna xidmətlərini  vurğulayıb. Belarus parlamenti Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko Azərbaycana səfərindən məmnun qaldığını və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O,Azərbaycanın Belarusun Cənubi Qafqazda əsas tərəfdaşı olduğunu vurğulayıb, öz ölkəsinin Azərbaycan ilə əlaqələrinin inkişafında maraqlı olduğunu bildirib. Vladimir Andreyçenko qeyd edib ki, parlamentlərarası əlaqələrimiz də çox yaxşıdır və deputatlarımız beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edirlər. Belarus parlamenti Nümayəndələr Palatasının sədri ölkəsi  adından bir daha BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (06.12.2016) :
Qar Gecə : 1+3 | Gündüz: +3+5
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.733 | Satış: 1.803

Rubl:
Alış: 0.0259 | Satış: 0.0281

Avro:
Alış: 1.784 | Satış: 1.9029
AzTV TƏQDİM EDİR