Rəsmi xronika

Prezident İlham Əliyev Ümumdünya Turizm Təşkilatının Baş katibi T.Rifaini qəbul edib

15-11-2011 | 17:00        

  

Prezident İlham Əliyev noyabrın 15-də Ümumdünya Turizm Təşkilatının Baş katibi Taleb Rifaini qəbul edib.

Ümumdünya Turizm Təşkilatının Baş katibi Taleb Rifai ölkəmizdə turizm sektorunun inkişafına yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. O BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının Koreyada keçirilən iclasında Azərbaycanın Avropa regionu üzrə təşkilatın vitse-prezidenti seçilməsinin önəmini qeyd edib. Taleb Rifai Azərbaycanın  Ümumdünya Turizm Təşkilatının “Qızıl kitab” hərəkatına qoşulması barədə təşkilatın dəvət məktubunu dövlətimizin başçısına təqdim edib.  

 Ölkəmizdə 2011-ci  ilin turizm ili elan olunduğunu vurğulayan Prezident İlham Əliyev Azərbaycanda turizm sektorunun dövlətin əsas prioritet sahələrindən biri olduğunu qeyd edib. Dövlətimizin başçısı  gözəl təbiətə və müxtəlif iqlim zonalarına malik ilan ölkəmizdə ən müasir və cəlbedici turizm infrastrukturunun yaradılması üçün səylərin daha da artırılacağını deyib.